Laricani ölüm xəbərindən sonra paylaşım edib FOTO
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölüm xəbəri yayılan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sosial şəbəkədə paylaşım edib.
Ölkə.Az xəbər verir ki, o, Hərbi Dəniz Qüvvələrinin həlak olmuş dənizçiləri ilə vida mərasimi ərəfəsində “X” sosial şəbəkəsində əl yazısı ilə məktub paylaşıb.
“Mərhəmətli və Rəhimli Allahın adı ilə! ‘Dena’ gəmisində İran İslam Respublikasının Ordusunun Hərbi Dəniz Qüvvələrinin qəhrəmanlarının şəhid olması bu dövrdə beynəlxalq zalımlara qarşı mübarizədə cəsur xalqımızın göstərdiyi fədakarlığın bir hissəsidir... Onların xatirəsi İran xalqının qəlbində əbədi yaşayacaq, bu qurbanlar isə uzun illər ərzində İran İslam Respublikasının ordusunun əsaslarını möhkəmləndirəcək.
Uca Allahdan bu əziz şəhidlərə yüksək məqamlar (cənnətdə) nəsib etməsini diləyirəm”, — məktubda qeyd olunur.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, Laricani İsrail hərbçilərinin gecə hücumu nəticəsində həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 17 Mart 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















