Laricaninin illər sonra ortaya çıxan ŞOK GÖRÜNTÜLƏRİ
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran Ali Milli Təhlükəsizlik Şurasının öldürülmüş katibi Əli Laricaninin prezident seçkilərində namizədliyinin rədd edildiyi dövrə aid videosu yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
İranlı ruhani Məhəmməd Mütəhhari paylaşımında bildirib ki, görüntülər 2020-ci il prezident seçkilərindən bir gün əvvəl Laricaninin kəndə getdiyi zaman çəkilib. O, həmin gün Laricanidən hansı mesajı vermək istədiyini soruşduğunu qeyd edib.
Mütəhhariyə görə, Laricani bu sualı tənqidi və sərt cavabla qarşılamayıb, əksinə yumorla “Ağac əkmək çox yaxşı bir şeydir!” deyə cavab verib.
Paylaşımda qeyd olunur ki, Laricani namizədliyinin rədd edilməsindən sonra siyasi mübahisələrdən uzaq qalmağa çalışıb, vaxtını daha çox akademik və mənəvi fəaliyyətlərə ayırıb.
Mütəhhəri onun son illərdə dağlarda uzun müddət düşünərək vaxt keçirdiyini, ibadət və oruc tutmağa isə xeyli vaxt ayırdığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 01 May 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















