Icma.az
close
up
RU
Larin Real ilə oyundan danışdı və Beşiktaşı xatırladı

Larin Real ilə oyundan danışdı və Beşiktaşı xatırladı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniya superkubokunun digər yarımfinalında ''Malyorka'' ''Real''a 0:3 hesabı ilə məğlub oldu.

''Football-plus.az'' xəbər verir ki, ''Malyorka''nın kanadalı üzvü Kayl Larin oyundan öncə İngiltərə mətbuatına açıqlamalar verib və ''Beşiktaş''ın da adını çəkib. 29 yaşlı vinger 2017-22-ci illərdə ''Beşiktaş''ın şərəfini qoruyub. Larini dinləyək:

''Superkuboku qazanmaq bizim üçün yeni bir hədəfdi. Ötən mövsüm kubokda finala yüksəlsək də, qalib gələ bilməmişdik. ''Real''ı məğlub etməyə çalışacağıq. Həm bizim üçün, həm də fanatlarımız üçün çox önəmli bir qarşılaşmadı. Dünyanın ən güclü futbolçularına qarşı oynayacağıq. Mən də oyuna xüsusi köklənəcəm. Təbii ki, ''Real'' favoritdi. Amma futbol sürprizlərlə doludu. Ötən mövsüm La Liqada hər iki oyunda ''Real''a 0:1 hesabı ilə uduzmuşduq. Antonio Rüdiger çox sərt və güclü müdafiəçidi. Ona qarşı oyunda nəyəsə nail olmaq və ya qol vurmaq istəyirsənsə, bir an olsun rahatlaşmamalısan və əlindən gələni etməlisən. Rüdiger dünyanın ən güclü müdafiəçilərindən biridi. Amma mən də artıq ötən ilki Larin deyiləm. Bu mövsüm çox yaxşı formadayam və özümə güvənirəm. Ona görə də inanıram ki, bu dəfə hər şey fərqli olacaq. Ötən mövsüm başqa sistemlə oynayırdıq. Topu özümüzdə saxlamırdıq. Amma məşqçi dəyişikliyindən sonra oyunumuz dəyişdi. Muriqi ilə birlikdə daha çox oynamağa başladım. Məhsuldarlığmız da artdı. Məşqçinin mənə güvəndiyini hiss edirəm. Bəzi oyunçular təzyiqdən qorxur və qaçır. Amma mən heç vaxt təzyiqdən qorxmamışam. Mən bir neçə il ''Beşiktaş''da oynamışam. Ora bəlkə də dünyada ən böyük təzyiqin olduğu yerdi. Bəzilərinin buna alışması üçün vaxta ehtiyacı olur. Amma mən əksinə təzyiq altında özümü daha yaxşı hiss edirəm. Hər zaman Didye Droqbanın böyük heyranı olmuşam. Premyer-liqada oynamaq uşaq yaşlarımdan ən böyük arzumdu''.


ƏLİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Yanvar 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri