Icma.az
close
up
RU
Larov Danimarkanı “F16”lara görə hədələyib Ona sakitliklə cavab verilib

Larov Danimarkanı “F16”lara görə hədələyib Ona sakitliklə cavab verilib

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Rusiya bildirib ki, Danimarka “F-16” qırıcılarının ikinci partiyasını təhvil verməsi Ukraynadakı müharibənin “daha ​​da gərginləşməsinə səbəb olur”.

Bizimyol.info xəbər verir ki, mətbuata müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib ki, Kopenhagen qərarı Rusiya Federasiyasını hərbi-texniki xarakter də daxil olmaqla “adekvat tədbirlər görməyə” məcbur edir.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen “TV2”yə verdiyi şərhdə belə cavab verib ki, bu cür bəyanatlar Ukraynanın azadlığı uğrunda mübarizəsini dəstəkləyən ölkələri qorxutmaq məqsədi daşıyır: “Danimarka əhalisinə Rusiyadan Danimarkaya birbaşa hərbi təhlükənin olmadığını söyləmək vacibdir. Biz NATO-nun üzvüyük - böyük təhlükəsizlik çətiri - hansı ki, münaqişə yaranarsa bizə kömək etmək qabiliyyətinə əsaslanır”, - deyə nazir bildirib.

O, ehtimal edir ki, ruslar ölkədə silah təchizatı və ukraynalı pilotların təlimini sabotaj etməklə hədələyə bilər. Onun sözlərinə görə, bu, yalnız sübut edir ki, Danimarka və Avropa Ukraynanı dəstəkləməlidir.

Ölkənin xarici işlər naziri Lars Lekke Rasmussen “X” mikrobloqunda yazıb ki, Lavrovun NATO dövlətlərinə qarşı “diş qıcaması” ilk dəfə deyil: “Mən bunu çox sakit qarşılayıram. Ukraynanın özünü müdafiə etmək qabiliyyətini dəstəkləmək tamamilə qanunidir və biz dəstəyimizi davam etdirəcəyik. Burada təcavüzkar tərəf Rusiyadır”, - deyə qeyd edib.

Ölkə tammiqyaslı müharibə başlayandan bəri Ukraynaya dəstək verir. Bu il prezident Vladimir Zelenski və baş nazir Mette Frederiksen təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Danimarka Ukrayna ordusuna hərbi yardım edir və həmçinin 19 Amerika “F-16” qırıcısını təhvil vermək qərarına gəlib. İlk altılıq artıq Kiyevə təhvil verilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Dekabr 2024 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri