Laşa Amaşukeli: BTQ nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 4 iyun, AZƏRTAC
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun modernləşdirilməsinin başa çatması həm Gürcüstan, həm də Azərbaycan üçün mühüm mərhələdir və Orta Dəhlizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirir. Modernləşdirilmiş dəmir yolunun ötürmə qabiliyyətinin 2030-cu ilədək ildə təxminən 5 milyon tona çatacağı gözlənilir. Bu isə regional ticarət və tranzit üçün yeni imkanlar açacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BTQ dəmir yolu xəttinin genişmiqyaslı modernləşdirmədən sonra yenidən istismara verilməsini şərh edən Gürcüstanın “Royal Express” nəqliyyat şirkətinin baş direktorunun müavini, ekspert Laşa Amaşukeli səsləndirib.
“Dünya Bankının proqnozlarına əsasən, 2030-cu ilədək Orta Dəhliz ölkələri arasında ticarətin həcmi təxminən 37, dəhliz ölkələri ilə Avropa İttifaqı arasında ticarətin həcmi isə təxminən 28 faiz arta bilər. Belə artımın ticarət dövriyyəsinin genişlənməsi, tranzitdən əldə olunan gəlirlərin və investisiyaların çoxalması, yeni iş yerlərinin yaradılması, həmçinin logistika və sənaye sahələrinin inkişafı hesabına həm Gürcüstan, həm də Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyi gözlənilir”, – deyə o bildirib.
Ekspertin sözlərinə görə, növbəti prioritet fasiləsiz və etibarlı nəqliyyat ekosistemi yaratmaq üçün dəmir yollarının, limanların, gömrük xidmətlərinin, logistika mərkəzlərinin və rəqəmsal sistemlərin daha sıx inteqrasiyasına nail olmaqdır.
“Gürcüstan və Azərbaycan bu istiqamətlərdə birgə fəaliyyətini davam etdirsə, Orta Dəhliz Avropa ilə Asiya arasında ən mühüm ticarət bağlantılarından birinə çevriləcək. Hər iki ölkə dəhlizin inkişafından ən çox fayda götürən dövlətlər sırasında olacaq və Mərkəzi Asiyanı, Qafqazı, Qara dəniz regionunu və Avropanı birləşdirən qovşaq kimi strateji əhəmiyyətini daha da gücləndirəcək”, – deyə Laşa Amaşukeli diqqətə çatdırıb.
Müəllif - Leyla Muradzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 İyun 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















