Laşa Maqradze: BBC Gürcüstana qarşı məqsədyönlü dezinformasiya yayır
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
BBC telekanalının Tbilisidə ötən ilin sonunda etirazçılara qarşı kimyəvi silahın tətbiq edilməsi barədə bəyanatı dezinformasiyadır.
"Report"un Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini Laşa Maqradze brifinqdə bildirib.
"Araşdırma zamanı əldə edilən məlumatlar bizə birmənalı sübut edir ki, BBC-nin filmində Gürcüstanda etirazçılara qarşı "Kamit" adlı zəhərli maddənin istifadə edilməsi haqqında səsləndirilən məlumat məqsədyönlü dezinformasiyadır və Gürcüstanın maraqlarına zərər vurmaq məqsədi daşıyır", - o qeyd edib.
Bu həftənin əvvəlində Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, BBC Tbilisidəki nümayişçilərə qarşı Birinci Dünya müharibəsindən qalmış "Kamit" adlı kimyəvi maddənin tətbiq edilməsi barədə açıq şəkildə yalan məlumat yayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 06 Dekabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















