Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Laslo Krasnahorkai: Nobelə gedən yoldan fraqmentlər

Laslo Krasnahorkai: Nobelə gedən yoldan fraqmentlər

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Radə Mərdan qızı ABBASOVA
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail: [email protected]

Görkəmli macar yazıçısı Laslo Krasnahorkai (Laszlo Krasznahorkai) 2025-ci ildə Nobel mükafatına layiq görülməklə müasir dünya ədəbiyyatının mühüm simalarından biri olduğunu yüksək səviyyədə təsdiqlədi. O, bundan əvvəl 2015-ci ildə Beynəlxalq “Buker ədəbiyyat mükafatı”nı almışdı. Bundan başqa, 1993-cü ildə Almaniyada “İlin ən yaxşı kitabı”na, 2004-cü ildə Macarıstanda “Koşut adına mükafat”a, 2019-cu ildə Amerika Birləşmiş Ştatlarında “Milli kitab mükafatı”na layiq görülmüşdü. Bütün bu mükafatlar yazıçı və ssenarst L.Krasnahorkai yara­dı­cılığının zahiri-sosial tərəflərinin parıltılı ifadəsi olsa da, o, bir yazıçı kimi bu mü­kafatları, əslində, haqq edən sənətkarlardan biridir. Nobel mükafatlarının bəzən subyektiv səbəblərdən verildiyi də məlumdur: müəyyən hallarda ədəbi meyarlar yox, siyasi və s. səbəblərin də əsas götürülməsi reallıqdır. Ancaq L.Krasnahorkaiyə mü­nasibətdə bu makafat istedada verilmiş qiymət kimi ədəbiyyatsevərlərin kön­lüncə oldu.

O, dünya ədəbiyyatına, sözün həqiqi anlamında, bədii dəyəri olan əsərlər bəxş etmişdir. Laslo Krasnahorkainin “Şeytan tanqosu” (1985), “Sonuncu mərhəmət” (1986), “Müqavimət melanxoliyası” (1989), “Urqa əsiri” (1992), “Müharibə və müharibə” (1999), “Şimaldan – dağ, cənubdan – göl, şərqdən – yol, qərbdən – çay” (2003), “Viranə və kədər” (2004), “Si-van-mu öz aramızdadır” (2008), “Axırıncı canavar” (2009), “Baron Venkhaymın qayıdışı” (2016), “Həmişəlik Homer” (2019), “Herscht 07769” (2021) və s. kimi dünyanın 40-dan çox dilinə tərcümə olunmuş romanları yazıçıya böyük şöhrət qazandırmışdır. Həmin əsərlərin, demək olar ki, hamısını birləşdirən ümumi poetik cəhət onların xarici aləmdən təcrid olun­muş, mənalı gələcək arzularından məhrum qalmış insanların qrotesk (mübaliğəli, gülünc, qeyri-adi tərzli) mövcudluqları haqqında antiutopik əsərlər olmasıdır. Şüb­həsiz ki, yazıçının əsərlərini cazibəli edən cəhət onların ilk növbədə dərin həyati müşahidələrə əsaslanmasıdır. O, belə demək mümkünsə, “gerçək həyatın içindən” çıxmış, onun sosial-mənəvi reallıqlarını öz varlığında yaşamış (“təcrübədən keçir­miş”) yazıçıdır. Digər tərəfdən, dili və üslubunun sadəliyi, bədii gözəlliyi əsərlə­rinə oxucu marağını şərtləndirən amillərdəndir. Laslo Krasnahorkai müasir oxucu­ya onun cari maraqlarını təmin edən və müəllifi bir an işərisində məşhurlaşdıran utopiya yox, məhz antiutopiya – reallığın özünü təqdim edir. Bu da günümüzün oxucusuna özünükəşf və özünüdərk imkanı verir. Qrotesk təsvir üslubu isə oxu­cunu öz reallıqlarının ağrıları ilə yüklənməkdən xilas etməklə bərabər, onun bədii mətndən zövq almasına xidmət edir.

Heç şübhəsiz ki, hər bir yazıçı hansı janrda və hansı məzmunda yazmasından asılı olmayaraq, bütün hallarda özünü yazır: hətta fantastik reallıqlar belə hər zaman müəllifin özünün xəyal dünyasının fentezisi olmaqla yenə də onun özünü ifadə edir. Bu cəhətdən, Laslo Krasnahorkainin əsrələrinin bədii məziyyətləri onun yaşamış olduğu və hal-hazırda da yaşadığı dünyanın bioqrafik inikası olmaqla diqqətimizi yazıçının ömür yolunun mənalı məqamlarına yönəldir.

Laslo Krasnahorkai 1954-cü ildə Macarıstanın cənub-şərqində, Rumıniya sər­həddinin beş kilometrliyində yerləşən Dül şəhərində anadan olmuşdur. Atası vəkil Dörd Krasnahorkai yəhudu idi. 1931-ci ildə Laslonun babası ailənin Korin adlanan familiyasını yəhudilərə olan təzyiqlər ucbatından macardilli Krasnahorkai famili­ya­sına dəyişmişdir. Laslonun anası Yuliya Palinkaş isə Sosial Müdafiə nazirliyində iş­ləyirdi. Laslo Erkel Ferenç məktəbində oxumuş və burada latın dilini də öyrən­mişdir.

Ali təhsilə gəlincə, Laslo Krasnahorkai əvvəlcə Segede şəhərində hüquqşü­naslıq oxumuşdur. Lakin ədəbiyyata olan həvəsi, xüsusilə Kafka yaradıcılığına və ümumən kriminal psixologiyaya olan marağı ona bu universitetdə çox qalmağa imkan ver­məmiş, gələcək yazıçı tez bir zamanda buranı tərk etmiş və 1978-ci ilə Budapeşt Universitetinin Humanitar Elmlər Fakültəsinə daxil olmuşdur. O, burada macar dili və ədəbiyyatını, fəlsəfəni öyrənmişdir. 1983-cü ildə universiteti bitirən Laslo Krasna­horkainin diplom işi Şandor Marainin mühacirət dövrü yaradıcılığına həsr olunmuş­dur. O, sonralar macar dili və ədəbiyyatı üzrə alimlik dərəcəsi də al­mışdır.

Yazıçının ilk əsəri 1977-ci ildə Budapeştdə nəşr olunan “Mozqo Vilac” jurna­lında çap olunmuşdur. Bu əsər “Mən sənə inanırdım” adlı hekayə idi. Gənc Laslo Budapeşt Universitetində oxuyarkən “Kondolat Konyvkiado” adlı nəşriyyatda da işləmişdir.

Maraqlı məqam ondan ibarətdir ki, gələcək yazıçı ilk hekayəsini çap etdirsə də, ümumiyyətlə, yazıçı olmaq arzusunda deyildi. O, müsahibələrinin birində deyir ki, “mən yazıçı olmaq istəmirdim. Məqsədim yalnız bir kitab yazmaq və bundan sonra ancaq musiqi ilə məşğul olmaq idi. Belə düşünürdüm ki, əsil həyat ən kasıb adamlarla bir yerdə yaşamaq deməkdir. Ona görə də çox kasıb kəndlərdə yaşayır və həmişə pis işlərdə işləyirdim”.

Yazıçının bu sözləri bizi düşünməyə, həmin sözlərdən sənətkarın yaradıcılı­ğına boylanmağa, onların poetik cazibəsinin sirrini anlamağa sövq edir.

Yuxarıda qeyd etdik ki, Laslo Krasnahorkai “gerçək həyatın içindən” çıxmış, onun ağrı-acılarını öz varlığında yaşamış, həyatı, bir növ, öz üzərində məqsədli şəkildə “təcrübədən keçirmiş” yazıçıdır. Gəncliyində yaşadığı bu həyat tərzi ona, sözün həqiqi mənasında, həyatı öyrətmiş, yazıçı keçimini təmin etmək uğrunda çarpışan sadə və kasıb insanların arasında həyat təcrübəsi qazanmışdır. Bu həyat təcrübəsi gələcək yazıçıya həmin sadə insanların psixologiyasının dərinliklərinə boylanmağa, onların ənənəvi düşüncələrinə bələd olmağa imkan vermişdir. Laslo Krasnahorkai kəndlərdə yaşayarkən insanların mənəviyyat dünyasının folklor üzə­rində təşəkkül tapdığına şahid olmuşdur. Kəndlərdə olarkən gənc Laslo, əslində, həm də folklor həyatı yaşamış, sadə insanların mifoloji inancları ilə tanış olmuş, mənəvi zövqünü həmin incanlarla birlikdə canlı folklor nümunələri ilə təmin etmişdir. Ruhunda ədəbiyyat və musiqi gəzdirən Laslo Krasnahorkai folklor musi­qisi və ədəbiyyatı ilə insan düşüncəsinin təhtəlşüur və kollektiv yaddaşla müəyyən­ləşən dəyərləri ilə ünsiyyət etmək imkanında olmuş, mifik düşüncənin sa­də, təmiz, insan və təbiət sevgisi ilə süslənmiş arxetipləri onun yaddaşına hopmuş, mənəviy­yat dünyasının, mədəni-humanitar kimliyinin hörgü daşlarına çevrilmişdir. Bu cəhətdən, vurğulamaq istərdik ki, Laslo Krasnahorkainin yaratdığı mətnlərin poetik cazibə yaradan bədii naxışlarının mahiyyəti, mayası folklor və mifologiya­nın ener­jisi ilə qidalanmış və bu, indi də davam etməkdədir.

Lakin yaradıcılığının ilk dövründə yazıçı hələ bütün bunlardan uzaq idi. Çün­ki kiriminal psixologiyaya olan marağı var idi və bu maraq onun yaradıcılığının ilk dövrünə aid olan əsərlərdə özünün bədii ifadəsini tapırdı. Maraqlıdır ki, bu cəhət onun gisli polislə müəyyən probleminin olmasına səbəb olmuşdur. İlk əsərləri çap olunandan sonra macar polisi onun əsrlərinin siyasi mətnaltı qatının (antikom­mu­nist əhval-ruhiyyənin) olub-olmaması ilə maraqlanmışdır. Lakin Laslo Krasna­horkai bunu birmənalı şəkildə inkar etmişdir. Polis sorğuları bir müddətdən sonra onu əsəbləşdirmiş və yazıçı bezərək, onlara “Siz doğrudan da ağlınıza gətirisiniz ki, mən sizin kimi insanlar haqqında əsər yazaram” cavabını vermişdir. Bu isə ona çox baha başa gəlmişdir.

Sosialist Macarıstanının gizli polisi onun pasportunu əlindən müsadirə etmiş­dir. Yazıçı bu hadisədən sonra 1987-ci ilə qədər pasportsuz qalmış, şaxtaçı, mədə­niyyət evinin direktoru, gecə gözətçisi kimi işlərdə çalışmışdır. Lakin, harada olursa-olsun, yazmaq həvəsi və ehtiyacı onu tərk etməmiş və müəllif aramsız ola­raq bədii yaradıcılıqla məşğul olmuşdur. Nəhayət, 1985-ci ildə çap olunmuş “Şey­tan tanqosu” əsəri ona böyük şöhrət gətirmişdir.

Yazıçının bu əsərinin mənası və məzmunu onun adında işarələnmişdir. “Şeytan” əsərdə təsvir olunan hadisələrin şeytani məzmununa, “tanqo” isə bədii mətn dinamikasının ritminə işarədir.

Əsər sosializm dövrü Macarıstanının son dövrlərini təsvir edir. SSRİ-də kol­xoz təsərrüfatları dağıdıldığı kimi, Macarıstanda da kənd kooperativləri sıradan çıxmışdır. İş yerlərindən məhrum olmuş kəndlilər maliyyə qaynaqlarıni itirmiş, yox­­­sullaşmış, maddi məhrumiyyət və işsizlikdən (bekarçılıqdan) içkiyə qurşan­mışlar. Məşğuliyyətləri dedi-qodu, qeybət, mənasız-məzmunsuz söhbət və laqqırtı­lar, arzuları isə kapitalist dünyasının maddi rifahına qoşulmaq idi. Bu zaman onlar açıq səmada parlayan ildırım effekti (şoku) kimi bir xəbər alırlar: ölmüş hesab etdikləri bir həmkəndliləri evə qayıdır. Bu adam kəndlilərə yeni, xoş, cazibədar həyat vədini verir. Bu ümidin əsasında isə İsa Məsih arxetipi dururdu.

Gəncliyində Kafkanın vurğunu olan Laslo Krasnahorkai öz müsahibələrindən birində qeyd edir ki, onun yaradıcılığına bir sıra müəlliflərlə bərabər, Fyodor Dosta­yevskinin əsərləri də təsir edib. Yazıçı deyir: “Ağ gecələr”in müəllifi yaddı­nızdadırmı? Onun baş qəhrəmanı bir qədər Dostayevskinin “İdiot” romanındakı Mışkinə oxşayır. Mən bu müəllifin və daha sonra Mışkinin fanatikcəsinə pərəstiş­karıyam. Mələk kimi obrazdır. Yazdığım hər bir romanda belə surətə – “Şeytan tanqosu”nda Estik obrazına, yaxud “Melanxoliya”da dünyanın qəlbinə yara vur­duğu Valuşka obrazına rast gələ bilərsiniz”.

Laslo Krasnahorkainin F.Dostoyevski ilə bağlı bu etirafı, ilk növbədə, səmi­miyyəti ilə diqqəti cəlb edir. Adətən, tənqidçilərin müşahidə etdikləri belə “təsir­lənmələri” bəzi yazıçılar inkar edir, onları özlərinin yaratdığı iddiasında olurlar. Lakin müəllifin bu etirafı onun bir yazıçı kimi səmimiyyətini ortaya qoymaqla, şəxsiyyətinə olan oxucu marağının da əsasında durur.

Yazıçının “Müqavimət melanxoliyası” əsəri də ona böyük şöhrət qazan­dırmışdır. Hətta bir Amerika tənqidçisi bu əsərə görə Laslo Krasnahorkaini müasir dünya ədəbiyyatında “apokalipsisin ustadı” adlandırmışdır.

“Apokalipsis” – axır zaman, dünyanın sonu, qiyamət və s. mənalarda olan sözdür. Yazıçının öz əsərini “müqavimətin bədbinliyi, məyusluğu” adlandırması çox böyük məna daşımaqla müasir dünyamızın acı həqiqətlərini ifadə edir. Əsərdə söhbət ümumən “həyatın sönməsindən”, mənasızlaşmasından, ideal hesab edilən, insanların həyatını mənalandıran dəyərlərin “dəyərzsizləşməsindən” gedir. Laslo Krasnahorkai, fikrimizi məcazi mənada ifadə etmək istəsək, bu əsərlə sanki mənəvi dünyanın ölməsinin, itməsinin, bizdən əbədi olaraq uzaqlaşmasının, atrofiyaya uğramasının, eybəcərləşməsinin, antiinsani dəyərlərə çevrilməsinin yasını saxlayır.

72 yaşlı sənətkar hələ də öz əsərləri ilə dünya oxucunun ən mühüm cazibə mərkəzlərindən bir kimi qalmaqda davam dir. O, aktiv həyat yaşayır, müxtəlif universitetlərdə mühazirələr deyir, çox vaxt səyahətlərdə olur. Bu da onun yara­dıcılığına xas olan “qorxulu, qorxulu qədər də komik və komik olduğu qədər də gözəl səhnələr qurmaq” bacarığını daha məhsuldar edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Mart 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see332

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see306

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see292

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see272

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see270

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see267

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see266

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see262

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see253

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see241

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see239

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see238

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see237

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see230

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see228

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see215

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see215

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see208

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri