Icma.az
close
up
RU
Laszlo Köver TÜRKPA Baş katibini qəbul edib FOTO

Laszlo Köver TÜRKPA Baş katibini qəbul edib FOTO

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

10 dekabr 2025-ci il tarixində Macarıstan Milli Assambleyasının sədri cənab Laszlo Köver Baş katib səfir Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyətini qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a TÜRKPA-dan məlumat verilib.

Cənab Laszlo Köver TÜRKPA nümayəndə heyətinin ziyarətinə görə minnətdarlığını ifadə edərək onları Macarıstan Parlamenti adından səmimiyyətlə salamlayıb. O, cənab Həsəni TÜRKPA-nın Baş katibi vəzifəsinə seçilməsi və səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edərək, vacib və məsuliyyətli fəaliyyətlərinin uğurla həyata keçirməsi ilə bağlı ona ən xoş arzularını çatdırıb. Cənab Köver ilk dəfə olaraq TÜRKPA Baş katibini Macarıstan Parlamentində salamlamaqdan böyük məmnuniyyət duyduğunu da ifadə edib.

Əvvəlcə, Baş katib Parlament sədrinə TÜRKPA üzv parlamentlərinin sədrlərinin səmimi salamlarını çatdırıb və Macarıstanın davamlı əməkdaşlığına görə minnətdarlığını bildirib. O, macar və türk xalqları arasındakı dərin tarixi və mədəni əlaqələri xatırladaraq, ortaq irs və dəyərlərin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı qarşıda duran bir sıra vacib məsələlər müzakirə olunub, o cümlədən gələcək vəzifələr, son koordinasiya toplantısı, 2026-cı il üzrə fəaliyyət planı və Macarıstan Parlamentinin Avropa institutları ilə TÜRKPA arasındakı əməkdaşlığın inkişaf etdirilməsində oynaya biləcəyi xüsusi rolu vurğulanıb. Baş katib TÜRKPA-nın Qazaxıstanın cari sədrliyi çərçivəsində davam edən fəaliyyətini qeyd edərək, Macarıstan Parlamenti ilə əməkdaşlığın bütün sahələrinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Hər iki tərəf Macarıstan və Türk dövlətləri arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib. 2014-cü ildən TÜRKPA-da müşahidəçi statusu ilə fəaliyyət göstərən Macarıstanın aktiv iştirakı və TDT-yə güclü dəstəyi, o cümlədən tarixi Budapeşt Zirvəsinə ev sahibliyi, bu inkişaf edən tərəfdaşlığın mühüm göstəriciləri kimi vurğulanıb.

Baş katib ATƏT Parlament Assambleyasının 23-cü Payız Sessiyası çərçivəsində keçirilmiş koordinasiya toplantısını da xüsusilə qeyd edib. O, Macarıstan milli nümayəndə heyətinin rəhbəri cənab Attila Tilkinin iştirakına görə səmimi təşəkkürünü ifadə edərək qeyd edib ki, Macarıstanın fəal iştirakı toplantının uğuruna böyük töhfə verib.

“TÜRKPA bu konstruktiv əməkdaşlığı yüksək qiymətləndirir və Macarıstanın ATƏT PA çərçivəsində ortaq maraqların qorunması istiqamətində birgə səyləri davam etdirəcəyinə əminliyini ifadə edir”, - deyə Baş katib əlavə edib.

Baş katib, həmçinin cənab Köverlə türk dövlətləri başçılarının qeyri-rəsmi zirvə görüşlərinin uğurlu təcrübəsinə əsaslanaraq, üzv parlamentlərin sədrlərinin qeyri-rəsmi görüşlərinin təşkili təşəbbüsünü də bölüşüb və qeyd edib ki, TÜRKPA sədrlərinin ilk qeyri-rəsmi görüşü 2026-cı ilin aprel ayında İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində keçiriləcək. O, əlavə edib ki, Macarıstan Parlamentinin həm bu qeyri-rəsmi görüşdə, həm də 2026-cı ildə TÜRKPA-nın Qırğızıstanda keçiriləcək 15-ci Plenar Sessiyasında iştirakı böyük məmnuniyyətlə qarşılanacaqdır.

Görüş zamanı Baş Katib “TDT+” konsepsiyası əsasında yeni əməkdaşlıq formatlarının araşdırılması təklifi ilə də bölüşüb. O, hökumətlərarası və parlamentlərarası strukturlar arasında birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini, bunun Avropa İttifaqı və Avropa Parlamenti arasındakı əməkdaşlıq modelinə bənzər şəkildə, yüksək səviyyəli qərarların daha səmərəli icrasını təmin edəcəyini vurğulayıb.

Baş katib, həmçinin həm parlamentarilər, həm də ekspertlər səviyyəsində parlament komitələri, ekspert qrupları və TÜRKPA-nın dörd daimi komissiyası çərçivəsində strukturlaşdırılmış əməkdaşlığın genişləndirilməsini təklif edib.

Cənab Köver, həmçinin Macarıstanın Türk dünyası ilə tərəfdaşlığa dərin hörmətini vurğulayaraq Parlamentin davamlı əməkdaşlığa sadiqliyini təsdiqləyib. Bu kontekstdə, Sədr Baş katibi 2026-cı ildə Macarıstanda keçiriləcək Kurultay– Hun və Türk xalqlarının böyük yığıncağına dəvət edib və qeyd edib ki, bu mühüm mədəni tədbirdə onun iştirakı böyük məmnuniyyətlə qarşılanacaq.

Görüşün sonunda Baş katib 2026-cı ilin aprel ayında Macarıstanda keçiriləcək parlament seçkiləri ilə bağlı ən xoş arzularını çatdırıb və Macarıstan ilə TÜRKPA arasında əməkdaşlığın qarşıdakı illərdə də davam edəcəyinə əminliyini ifadə edib.

TÜRKPA nümayəndə heyəti üçün təşkil edilmiş bələdçili parlament gəzintisi Macarıstan Parlamentinin ikonik binası ilə yaxından tanış olmaq imkanı yaradıb. Dunay çayının sahilində qürurla ucalan, Budapeşt panoramasının ayrılmaz hissəsi və UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş bu neoqotik memarlıq incisi öz əzəməti ilə unudulmaz təəssüratla yadda qalıb.

Baş katibi onun müavinləri Talgat Aduov, Muhammet Alper Hayali, Komissiya katibi Aynurə Abutalıbova və Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət edib.

Macarıstan Parlamentindən isə sədrin Katibliyinin müavini Andras Virag, sədrin xarici əlaqələr üzrə müşaviri Peter Sardi, xarici əlaqələr üzrə direktor müavini Beatriks Kese, şöbə müdiri Layoş Kohari, mətbuat şöbəsinin müdiri Zoltan Szilagyi və tərcüməçi Erika Korodidən ibarət nümayəndə heyəti görüşdə iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Dekabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri