Icma.az
close
up
RU
“Latsio” ilk dəfə büdrədi və üçhakimiyyətlilik yarandı

“Latsio” ilk dəfə büdrədi və üçhakimiyyətlilik yarandı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 28-də Avropa Liqasının (AL) əsas mərhələsində 5-ci tur keçirildi. İlk 4 turda maksimum nəticə göstərən “Latsio”nun qələbə seriyası qırıldı. Vahid liqa mərhələsində xal itirməyən komanda qalmadı və turnir cədvəlində üçhakimiyyətlilik yarandı.

Əsas mərhələdə qələbələri sıralamaqla vahid liderliyə nail olan “Latsio”nun öz meydanında autsayderlərdən sayılan “Ludoqorets”dən yalnız bir xal alması turun ən gözlənilməz nəticələrindən biri oldu. Doğrudu, İtaliya klubu meydana qeyri-optimal heyətlə çıxmışdı. Buna baxmayaraq, romalılar ilk dəqiələrdən aşkar üstün oyun sərgilədilər. Amma rəqibin intizamlı müdafiəsini yarmaqda çətinlik çəkirdilər. Baş məşqçi Marko Baroni fasilədən sonra komandasının 5 aparıcı oyunçusunu mübarizəyə qoşdu. Lakin Bolqarıstanın son çempionu sona qədər qapısını toxunulmaz saxlamağı bacardı. “Latsio” gözlənilməz xal itkisinə baxmayaraq, topların daha yaxşı fərqinə əsasən 1-ci yerdə qaldı.
Tura 10 xalla başlayan komandalardan “Ayaks”, “Qalatasaray” və “Anderlext” də xal itirdi, iki iştirakçı qələbə qazanmaqla liderliyə şərik oldu. İspaniyada “Elfsborq”u 3:0 hesabı ilə məğlub edən “Atletik” 2-ci, “Midtüllann”a Danimarkada 2:1 hesabıyla üstün gələn “Ayntraxt” (Frankfurt) 3-cü yerə qalxdı.
Ən çox maraq doğuran oyunlardan biri Londonda baş tutdu. Yerli “Tottenhem” “Roma” ilə matçın gedişində iki dəfə hesabda önə keçsə də, sonda bir xalla kifayətləndi. İtaliyalıları məğlubiyyətdən bu mövsüm A seriyasında yalnız 2 oyunda meydana çıxan Hummels xilas etdi. Alman müdafiəçiyə start heyətində şans verən qonaqların yeni baş məşqçisi Klaudio Ranyeri seçimində yanılmadı. İngiltərədə keçirilən digər matç da məhsuldar alındı.
“Mançester Yunayted” artıq ilk dəqiqədə “Bude/Qlimt”in qapısına yol tapsa da, Norveçin son çempionu ilk hissədəcə hesabda önə keçməyi bacardı. Fasilə ərəfəsində cavab qolunu vuran Höylunn ikinci hissənin əvvəlində hesabı 3:2-yə çatdırdı. Bu, Ruben Amorimin MY-nin baş məşqçisi kimi ilk qələbəsi oldu. Xatırladaq ki, portuqaliyalı mütəxəssis İngiltərə klubunda premyer-liqanın “İpsviç” ilə oyununda (1:1) debüt etmişdi. Liqa mərhələsinin ilk 3 oyununda rəqibləri ilə “sülh”ə razılaşan MY ardıcıl ikinci qələbə ilə 12-ci yerə yüksəldi.
Təəssüf ki, vahid liqa mərhələsi yeganə təmsilçimiz üçün uğursuz davam edir. İlk üç turda Londonda “Tottenhem”dən 3 cavabsız top buraxan, Bakıda “Malmö”yə (1:2) və “Ayaks”a (0:3) uduzan “Qarabağ” Norveçdə “Bude/Qlimt”ə 2:1 hesabı ilə qalib gəlməklə sonuncu yerdən 29-cu pilləyə qalxmışdı.
Ağdamlılar cümə axşamı Bakıda “Lion”dan da xal ala bilmədilər. 1:4 hesablı məğlubiyyət Azərbaycanın son çempionunu turnir cədvəlində 32-ci yerə saldı.
Ümumiyyətlə, cari mövsüm postsovet məkanından olan komandalar üçün uğursuz keçir. Latviyada PAOK-a 0:2 hesabıyla uduzan RFŞ 2 xalla cədvəlin 34-cü pilləsindədi. İlk 4 turda xal qazana bilməyən Kiyev “Dinamo”su isə məlum səbəbdən neytral meydanda – Almaniyanın Hamburq şəhərində “Viktoriya”ya 1:2 hesabıyla məğlub oldu. Təl-Əviv “Makkabi”si “Beşiktaş”a qalib gələndən (3:1) sonra Ukrayna təmsilçisi indi AL-də xalı olmayan yeganə komandadı.
əsas mərhələ, 5-ci tur
Latsio (İtaliya) - Ludoqorets (Bolqarıstan) 0:0

Latsio: Mandas, Maruşiç, Patrik, Jiqo, Luka Pelleqrini (Latsari, 46), Vesino (Rovella, 60), Genduzi, Çauna (İsaksen, 46), Dia (Kastelyanos, 46), Pedro (Zakkanyi, 79), Noslin.
Atletik (İspaniya) - Elfsborq (İsveç) 3:0
Bayro, 6. Prados, 24. Quruseta, 54.
Atletik: Simon, Qorosabel, Vivian, A.Paredes, Bayro (Lekue, 76), De Qalarreta (A.Errera, 56), Prados, İ.Uilyams (Berenger, 56), Sanset (U.Qomes, 63), N.Uilyams (Serrano, 63), Quruseta.
Midtüllann (Danimarka) – Ayntraxt (Frankfurt, Almaniya) 1:2
Kollins, 49-öz qapısına - H.Larsson, 7. Marmuş, 57-p.
Ayntraxt: Trapp, Kollins (Kristensen, 69), Kox, Tuta, Teate, Nkunku (Knauff, 86), Daud (Sxiri, 82), Şaibi, H.Larsson, Marmuş (Uzun, 69), Ekitike (Matanoviç, 82).
Tottenhem (İngiltərə) - Roma (İtaliya) 2:2
Son Hın Min, 5-p. Conson, 33 – Ndika, 20. Hummels, 90+1.
Tottenhem: Forster, Porro, Drequşin, Devis, Qrey, Sarr (Bissuma, 68), Bentankur (Berqvall, 77), Conson (Meddison, 68), Son Hın Min (Verner, 77), Kulusevski, Solanke.
Roma: Svilar, Anxelinyo, Çelik (Zalevski, 65), Mançini, Hummels, Ndika, Paredes, Kone, Dibala (Sule, 46), Əl-Şaaravi (Salemakers, 69), Dovbik.
Mançester Yunayted (İngiltərə) - Bude/Qlimt (Norveç) 3:2
Qarnaço, 1. Höylunn, 45; 50 - Evyen, 19. Zinkernaqel, 23.
Mançester Yunayted: Onana, Mazraui, De Liqt (Kazemiro, 66), L.Martines (Şou, 60), Antoni (Diallo, 59), Uqarte, B.Fernandeş, Malasiya (Dalot, 46), Maunt (Reşford, 59), Qarnaço, Höylunn.
Real Sosyedad (İspaniya) - Ayaks (Niderland) 2:0
Barreneçea, 67. Kubo, 85.
Real Sosyedad: Remiro, Elustondo (Aramburu, 45+4), Subeldiya, Agerd, Munyos, Subimendi, Mendes, Kubo (S.Qomes, 87), Oyarsabal (Sadik, 87), Suçiç (Turryentes, 46), Beker (Barreneçea, 65).
Braqa (Portuqaliya) - Hoffenhaym (Almaniya) 3:0
Bruma, 2. R.Fernandeş, 8. Vitor Karvalyo, 90+5.
Hoffenhaym: Baumann, Çaves, Akpoquma, Jandre, Yurasek, Ştax (Moerştedt, 89), Bişof (Qeyder, 64), Bruun Larsen (Prass, 72), Berişa, Qlojek (Tohumcu, 64), Kramariç (Tabakoviç, 72).
Nitsa (Fransa) - Reyncers (Şotlandiya) 1:4
Buanani, 83 – Çernı, 35. Diomande, 38. İqamane, 45+3; 54.
Nitsa: Bulka, Bard (Ndombele, 46), Abdelmonem, Rosario, Ndayşimiye (Nancu, 19), Badaui (Qessan, 69), Luşe, Buanani, İ.Kamara (Salhi, 69), Lyabord, Mukoko (Şo, 69).
QARABAĞ (AZƏRBAYCAN) - Lion (Fransa) 1:4
Juninyo, 88-p. – Mikautadze, 15; 80. Tolisso, 63. Fofana, 68.
RFŞ (Latviya) - PAOK (Yunanıstan) 0:2
Despodov, 2. Çalov, 59.
Anderlext (Belçika) - Portu (Portuqaliya) 2:2
De Qreef, 59. Amuzu, 86 – Qaleno, 24-p. Fabio Vieyra, 83.
Alkmaar (Niderland) - Qalatasaray (Türkiyə) 1:1
Meynans, 2 - Osimhen, 43.
Beşiktaş (Türkiyə) - Makkabi (Təl-Əviv, İsrail) 1:3
Rafael Silva, 38 – Kanixovski, 23. Perets, 45+3. Ueslli Patati, 81.
Dinamo (Ukrayna) - Viktoriya (Plzen, Çexiya) 1:2
Kabayev, 90+5 – Vıdra, 55. Şults, 90.
Slaviya (Çexiya) - Fənərbaxça (Türkiyə) 1:2
Xorı, 7 – Ceko, 35. Ən-Nəsiri, 85.
Ferentsvaroş (Macarıstan) - Malmö (İsveç) 4:1
Varqa, 8-p.; 11. Kadi Borges, 53. Sisse, 74 – Botheym, 18-p.
Tvente (Niderland) - Yunion (Belçika) 0:1
Fuseyni, 11.
FKSB (Rumıniya) - Olimpiakos (Yunanıstan) 0:0

1. Latsio 5 4 1 0 11-2 13
2. Atletik 5 4 1 0 9-2 13
3. Ayntraxt F 5 4 1 0 10-5 13
4. Qalatasaray 5 3 2 0 13-9 11
5. Anderlext 5 3 2 0 9-5 11
6. Ayaks 5 3 1 1 13-3 10
7. Lion 5 3 1 1 12-5 10
8. Reyncers 5 3 1 1 12-6 10
9. Tottenhem 5 3 1 1 10-6 10
10. FKSB 5 3 1 1 7-5 10
11. Ferentsvaroş 5 3 0 2 11-5 9
12. Mançester Y 5 2 3 0 10-7 9
13. Viktoriya P 5 2 3 0 9-7 9
14. Olimpiakos 5 2 2 1 5-3 8
15. Fənərbaxça 5 2 2 1 7-7 8
16. Real Sosyedad 5 2 1 2 7-6 7
17. Bude/Qlimt 5 2 1 2 8-8 7
18. Braqa 5 2 1 2 7-7 7
19. Alkmaar 5 2 1 2 7-7 7
20. Midtüllann 5 2 1 2 5-5 7
21. Roma 5 1 3 1 5-5 6
22. Beşiktaş 5 2 0 3 5-11 6
23. Portu 5 1 2 2 10-10 5
24. Yunion 5 1 2 2 3-4 5
25. Hoffenhaym 5 1 2 2 5-8 5
26. Slaviya 5 1 1 3 4-5 4
27. PAOK 5 1 1 3 5-9 4
28. Elfsborq 5 1 1 3 7-11 4
29. Tvente 5 0 3 2 4-7 3
30. Malmö 5 1 0 4 4-10 3
31. Makkabi T-Ə 5 1 0 4 5-12 3
32. Qarabağ 5 1 0 4 4-13 3
33. Ludoqorets 5 0 2 3 1-6 2
34. RFŞ 5 0 2 3 4-10 2
35. Nitsa 5 0 2 3 5-12 2
36. Dinamo 5 0 0 5 1-12 0
Bombardirlər: Varqa (Ferentsvaroş) – 5, Akgün (Qalatasaray), Omorodion (Portu), Əl-Kaabi (Olimpiakos) - 4.
Növbəti turun oyunları dekabrın 11-12-də keçiriləcək: Fənərbaxça – Atletik, Elfsborq – QARABAĞ, Roma – Braqa, Viktoriya P - Mançester Yunayted, Malmö – Qalatasaray, Olimpiakos – Tvente, PAOK – Ferentsvaroş, Ludoqorets – Alkmaar, Yunion – Nitsa, Hoffenhaym – FKSB, Ayaks – Latsio, Portu – Midtüllann, Bude/Qlimt – Beşiktaş, Makkabi T-Ə – RFŞ, Lion – Ayntraxt F, Reyncers – Tottenhem, Real Sosyedad – Dinamo, Slaviya – Anderlext.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri