Icma.az
close
up
RU
Latviyada Azərbaycan vətəndaşına ağır cəza verildi Nə edib?

Latviyada Azərbaycan vətəndaşına ağır cəza verildi Nə edib?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Riqa şəhər məhkəməsi Azərbaycan vətəndaşı Əli Xəlilovu “Ukraynaya qarşı müharibədə istifadə üçün Rusiya ordusuna avadanlıq tədarükü” ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə onu başqa bir dövlətin ərazi bütövlüyünü və siyasi müstəqilliyini sarsıtmaq məqsədilə xarici dövlətə yardım göstərmək üçün mütəşəkkil qrupda iştirak etməkdə, habelə Avropa İttifaqının sanksiyalarını pozmaqda təqsirli bilib.

Azadlıqdan məhrumetmə ilə yanaşı, Xəlilov barəsində üç il şərti cəza, eləcə də beş il müddətinə giriş qadağası ilə Latviyadan deportasiya qərarı çıxarılıb.

İstintaqın məlumatına görə, qrup onlarla dəst “Starlink” peyk internetinin, habelə digər hərbi təyinatlı malların alınmasını və Rusiyaya çatdırılmasını təşkil edib. Əməliyyatların ümumi dəyəri təxminən 200 000 avro təşkil edib.

Xəlilov istintaq tərəfindən sxemin əsas təşkilatçısı kimi müəyyən edilib.

Prokurorluq onun üçün maksimum cəza – 12 il müddətinə həbs və sonrakı sınaq müddəti tələb edib. Hökm hələ qanuni qüvvəyə minməyib və şikayət edilə bilər.

Qrupun digər üç iştirakçısının işinə ayrıca məhkəmə prosesi çərçivəsində baxılacaq. Mövcud məlumatlara görə, onlar öz günahlarını etiraf ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri