Latviyada NATO nun ən böyük briqada təlimi başlayıb
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Latviyanın şərqində NATO-nun indiyə qədərki ən böyük çoxmillətli briqada təlimi başlayıb.
Bakıvaxtı.az "Baltnews"a istinadən xəbər verir ki, 26 oktyabr - 8 noyabr tarixləri arasında NATO-nun çoxmillətli briqadası Latviyanın şərqində indiyə qədər ən böyük hərbi yerləşdirmə təlimi olan "Qətiyyətli Yeniləmə 2026" təlimini keçirir.
Təlimlərdə təxminən 3000 əsgər və 1000 hərbi texnika iştirak edəcək. Manevrlər zamanı qoşunlar qüvvələrin yerləşdirilməsi, təchizat, komandanlıq və nəzarət, rabitə tapşırıqlarını yerinə yetirəcək, eləcə də Milli Silahlı Qüvvələr ilə qarşılıqlı əlaqəni təkmilləşdirəcək. O cümlədən, qoşunlar və hərbi texnika 2 noyabr tarixinə qədər Ceri və Adazi hərbi bazalarından Latviyanın şərqindəki təlim yerlərinə avtomobil və dəmir yolu ilə hərəkət edəcək.
Təlimin məqsədi briqadanın uzun məsafələrə bölmələrin hərəkətinə, təchizatına və koordinasiyasına hazırlığını yoxlamaqdır.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Oktyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















