Icma.az
close
up
RU
Latviyalı hərbi ekspert: “SSRİ heç zaman nə de yure, nə də de fakto...”

Latviyalı hərbi ekspert: “SSRİ heç zaman nə de yure, nə də de fakto...”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

SSRİ-nin dağılması “qanunsuz” olub, onun hüquqi statusunun nəzərdən keçirilməsinə ehtiyac var və deputatlar bu məsələni gündəmə gətirməyə hazırdır.

Bu barədə Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Dövlət Dumasının komitə rəhbəri Nina Ostanina məlumat verib.
Ostanina bu fikirləri Rusiya Federasiyası Prezidentinin müşaviri Anton Kobyakovun “SSRİ hüquqi baxımdan hələ də mövcuddur, çünki onun dağılma prosesi guya pozulub” sözlərini şərh edərkən deyib.

Qeyd edək ki, Prezidentin müşaviri Anton Kobyakov Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında çıxış edərək bildirib ki, Sovet İttifaqının dağılması zamanı “hüquqi prosedur pozulub” və bu da guya SSRİ-nin “hüquqi baxımdan hələ də mövcud olduğu” anlamına gəlir. Kobyakov bildirib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb və buna görə də yalnız həmin orqanın qərarı ilə ləğv edilə bilərdi.

“Əgər hüquqi prosedur pozulubsa, bu halda hüquqi baxımdan SSRİ mövcuddur. Bunu konstitusiya hüququ üzrə mütəxəssislər də deyirlər. Əgər SSRİ ləğv edilməyibsə, bu zaman hüquqi baxımdan Ukrayna böhranı daxili proses sayılır”, – deyə Putin müşaviri bildirib.

Rusiya doğrudanmı keçmiş Sovet respublikalarında baş verənləri öz “daxili məsələsi” kimi görür? Bu mövqe regionda hansı riskləri yaradar? 

Latviyalı hərbi ekspert Eynars Graudins "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, keçmiş Sovet İttifaqının ərazilərinə bugünkü Rusiya Federasiyasının "daxili əraziləri" kimi baxmaq həm hüquqi baxımdan, həm də məntiq baxımından gülünc səslənir.

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, tamamilə əsassızdır. Bu yanaşma Rusiya üçün hansısa yeni müdaxilə imkanı yaratmır, çünki Rusiya artıq çoxdan qonşu ölkələrin daxili işlərinə müdaxilə edir.

Məsələn, Ukrayna ilə aparılan müharibə, eləcə də Dnestryanı, “Dağlıq Qarabağ”, Cənubi Osetiya, Abxaziya və digər bölgələrin timsalında biz görürük ki, Rusiya Sovet İttifaqının dağılmasından dərhal sonra keçmiş respublikaların daxili işlərinə - həm de-fakto, həm də de-yure qarışmağa başlayıb".

Hərbi ekspert vurğulayıb ki, bu fikirlər, bu gün yeni bir məna ifadə etmir:

“Onlar daha çox Rusiya ictimaiyyətinə yönəlmiş daxili təbliğat məqsədi daşıyır, eyni zamanda qonşu dövlətləri qorxu altında saxlamaq niyyəti güdür.
Bu ölkələr daim Rusiyanın hücumuna məruz qalmaq qorxusu ilə yaşasınlar və üstəlik bu ölkə nüvə dövlətidir və nüvə silahından istifadə edəcəyini də zaman-zaman dilə gətirir. Rusiya Federasiyasının nüvə doktrinası son onilliklərdə dəfələrlə dəyişib və sərtləşib.

SSRİ-nin dağılması “qanunsuz” olub məsələsinə gəlincə, bu gün bu mövzunu bu prizmadan müzakirə etmək olduqca qeyri-ciddi bir yanaşmadır.Çünki Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan bütün ölkələr BMT tərəfindən tanınıb və bu qurumun tamhüquqlu üzvləridir. Bu baxımdan bu cür fikirlər sadəcə olaraq, gülünc görünür.

Əslində daha ciddi məsələ budur: əgər beynəlxalq hüquqa və BMT-nin nizamnaməsinə diqqətlə baxsaq, Rusiya Federasiyası heç bir halda BMT Təhlükəsizlik Şurasının daimi üzvü ola bilməz. Çünki "SSRİ-nin hüquqi varisi" anlayışı hüquqi baxımdan olduqca mübahisəlidir və bu əsasla Təhlükəsizlik Şurasında veto hüququna malik yerin Rusiyaya keçməsi ciddi suallar doğurur.

SSRİ-nin özü necə yaranmışdı? Rusiya Sovet Federativ Sosialist Respublikası çevriliş nəticəsində yaranmışdı. Bolşeviklər 1920-ci illərdə heç zaman "Böyük Oktyabr sosialist inqilabı" ifadəsini işlətmirdilər. Onlar çox sadə və açıq şəkildə "Oktyabr çevrilişi" yazırdılar. Əgər Moskvadakı Leninin adını daşıyan kitabxanaya getsəniz, bu ifadəni əks etdirən ədəbiyyatların kifayət qədər olduğunu görərsiniz.

SSRİ əvvəlcədən heç bir ölkə tərəfindən tanınmamışdı. Bu ölkə tamamilə sivilizasiyaya qarşı çıxan, utopik və qeyri-real bir qurum idi. Məhz utopiya olduğu üçün də çökməyə məhkum idi. SSRİ heç zaman nə de-yure, nə də de-fakto həqiqi bir dövlət olmadı. Məsələn, Baltikyanı ölkələr: Estoniya, Latviya və Litva  heç zaman SSRİ-nin bir hissəsi kimi tanınmayıb. ABŞ da bu tanımadan imtina etmişdi.

Bu barədə mübahisə aparmaq olar, amma ümumilikdə SSRİ dövlət adı altında yaradılmış ən böyük "feyk" idi. Tarixin ən böyük yalanı idi.Bu gün Rusiya rəsmilərinin "SSRİ hələ də mövcuddur" və "keçmiş respublikalar Rusiya üçün daxili məsələdir" kimi fikirlər səsləndirməsi, sadəcə, Putin rejiminin mənəvi və intellektual səviyyəsini, həmçinin hüquqi cəhətdən nə qədər savadsız olduğunu bir daha sübut edir.

Bu fikirlərin hüquqi əsassızlığını istənilən ölkənin hüquq fakültəsinin birinci kurs tələbəsi belə sizə izah edə bilər".

Ekspert qeyd edib ki, mən iki dəfə “Donetsk Xalq Respublikası”da və Dnestryanıda olmuşam:

“Hər iki “respublikada” seçkilərdə müşahidəçi kimi iştirak etmişəm və əminliklə deyə bilərəm ki, Rusiya Federasiyasının açıq dəstəyi olmasaydı, bu separatçı rejimlər nəinki yarana bilərdi, heç mövcudiyyətlərini belə davam etdirə bilməzdilər. Məhz Rusiya bu rejimlərə dəstək verib.

"Rusiya bu separatçı qurumlara, həmçinin Azərbaycanın ərazisində yaradılmış separatçı və terrorçu quruma da hərbi yardım göstərib. Bunu anlamaq çox vacibdir. Rusiyanın qonşu ölkələrin daxili işlərinə qarışması 2014-cü ildə başlamayıb. Bu müdaxilələr SSRİ dağılan andan etibarən başlayıb.

Gəlin tarixə nəzər yetirək, “Dnestryanı Moldova Respublikası” nə vaxt yaradılıb və orada hansı qüvvələr döyüşüb? Həmin döyüşlərdə iştirak edən şəxslərin bəzilərini sonradan Ukraynanın şərqindəki separatçı qurumlarda da görürük. Eyni simalar, eyni Moskva izi, eyni silahlar.

Bu separatçı rejimlər içərisində yalnız birinə - Azərbaycan ərazisi olan Qarabağa Moskvadan dəstək alan separatizm və terror ocağını tamamilə aradan qaldırmaq mümkün olub. Buna görə çox sevinir və şəxsi olaraq məmnunluğumu ifadə edirəm ki, Azərbaycan öz milli təhlükəsizliyi üçün olan təhdidi neytrallaşdıra bildi.

Bu gün Azərbaycan vahid və bütöv suveren dövlət kimi tanınır , ərazisi tam inteqrasiya olunmuş şəkildə, heç bir guya “müstəqil respublika” və ya digər qondarma qurumlar olmadan. Bu baxımdan, doğrudan da, böyük məmnunluq hissi keçirirəm".

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: SSRİ ekspert Eynars Graudins

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri