Lavrov: ABŞ da hakimiyyətə antixristian ideyalarının daşıyıcıları gəlib
Adelet.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov, amerikan blogerlərinə müsahibəsində bildirib ki, ABŞ-da baş verən hadisələri "normalığa qayıdış" kimi xarakterizə etmək olar.
Lavrov qeyd edib ki, əvvəllər ABŞ siyasəti ümumi qəbul edilmiş ənənəvi dəyərlər çərçivəsində Demokratlar və Respublikaçılar partiyaları arasında mübahisələr səviyyəsində aparılırdı. Lakin neokonservativ və neoliberal qüvvələrin yaranması ilə bu partiyalar arasındakı çuxuru daha da dərinləşdirdi və açıq görünən həddə çatdırdı.
"Mən hesab edirəm ki, bu çuxur Demokratlar partiyasının xristianlıq dəyərlərindən uzaqlaşması ilə əlaqədardır"- deyə diplomat bildirib.
Lavrovun sözlərinə görə, hazırda ABŞ-da "normal administrasiya" hakimiyyətə gəlib. Vətəndaşlar "yeni dəyərlər" adlandırılan "fanatik əzmkarlıqdan" bezdikləri üçün Donald Trampı prezident seçiblər.
Amma Rusiya nədənsə, seçkilər vaxtı daha çox Bayden komandasını dəstəkləyirdilər...
Rüstəm Hacıyev
Baxış sayı:47
Bu xəbər 12 Mart 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















