Icma.az
close
up
RU
Lavrov: “ABŞ “Türk axını”nı sıradan çıxarmaq

Lavrov: “ABŞ “Türk axını”nı sıradan çıxarmaq

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
“Energetikadan başlayaraq ABŞ-nin heç bir sahədə heç bir rəqibə ehtiyacı yoxdur, o, Avropa İttifaqının (Aİ) enerji rifahının əsasını məhv etmək üçün terror tədbirlərinə icazə verməkdən çəkinmir, özünün enerji rifahını təhrik edir. Ukraynalı “müştəri”lərini “Şimal axını”nın ardınca “Türk axını”nı da sıradan çıxarmağa qısqırdır”, - Rusiya XİN-in rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, ədalətli rəqabətdən imtina və rəqibləri sıxışdırmaq üçün ədalətsiz, aqressiv üsullardan istifadə ABŞ və onun müttəfiqlərinin beynəlxalq arenada Rusiya, Çinə və digərlərinə qarşı hərəkətlərinin əsasını qoyduğu sanksiya siyasətində özünü göstərir.
- İdman sahəsi isə ədalətli yarışların, ədalətli rəqabətin özünü hər şeydə qalib elan etmiş ölkənin maraqlarına xidmət edən davamlı dastandır”, - Sergey Lavrov deyib.
Rusiyalı nazirin “Türkiyə axını”nın hədəfə alınması barədə dedikləri dünən Ukrayna PUA-larının Qara dənizin dibi ilə keçən bu qaz kəmərinin giriş nöqtəsi olan “Russkaya” kompressor stansiyasına hücum cəhdi ilə bağlıdır. “Türk axını”nın iki qolundan biri bütünlüklə Avropaya yönələrək, Rusiya qazını Serbiyaya, Slovakiyaya, Macarıstana və Bolqarıstana çatdırır ki, ilk üş ölkə də kollektiv Qərbin Moskvaya qarşı apardığı siyasətin sərt tənqidçiləridirlər. Onlar hətta Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanaksiyaların və Ukraynaya yardım paketlərinin qəbulunu əngəlləməy çalışırlar.
Bu baxımdan, Rusiya qazını Ukrayna ərazizindən keçməklə sözügedən ölkələrə çatdıran qaz kəmərinin yanvarən birindən fəaliyyətinin rəsmi Kiyevin qərarı əsasında tamamilə dayandırılması “enerji dəyənəyi”nin əks istiqamətdə işə salınması təsəvvürünü yaradır. “Türk axını”na isə məhz Ukrayna pilotsuz təyyarələrinin hücum cəhdi isə bu ehtiamlı daha da gücləndirir ki, lazımi göstərişin də Bayden administrasiyaslndan gəldiyi şübhə doğurmur.
Yeri gəlmişkən, böyük həcmdə Rusiya qazını Avropaya nəql edən “Şimal axını – 1” və hələ istifadəyə verilməmiş “Şimal axını -2” qaz kəmərlərinin 2022-ci il sentyabrın 26-da partladılması ətrafında ABŞ-nin rəhbərliyi altında kollektiv Qərbin ortaya atdığı “müəmmalar” oyunu həmin hadisənin arxasında kimlərin dayandığına heç bir şübhə yeri qoymur.
Məşhur amerikalı tədqiqatçı-jurnalisti Seymur Xerş bu partlayışların borbaşa ABŞ-nin və Norveçin təşkilatçılığı və iştirakı ilə həyata keçirildiyini iddia edir. O, öz ittihamını ABŞ prezidenti Co Baydenin hələ 2022-ci il fevralın 15-də Rusiyanı xəbərdar etməsi barədə verdiyi açıqlama ilə əsaslandırıb.
“Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasına doqquz gün qalmış, Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün Bayden “diplomatiyaya şans verməyə” çağırdı və münaqişə başlayarsa, “Şimal axını - 2”nin işə yaramayacağı barədə xəbərdarlıq etdi. ABŞ prezidenti qaz kəmərinin dağıdılmasından yox, onun istismara verilməyəcəyindən danışıb”, - onda Ağ Evin mətbuat xidmətinin rəhbəri Karin Jan-Pyer şefinin nə demək istədiyiniə “aydınlıq” gətirmişdi.
Amma belə “aydınlıq” ABŞ və onun satellitlərinin səmimiyyətinə inam hisslərini daha da qaranlıqlaşdırdı. Başqa sözlə desək, yatanları da ayıltdı.
Bloomberg: “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” Xatırladaq ki, məhz həmin partlayşılardan sonra ABŞ özünün Rusiyanın təbii qazından ən azı iki dəfə baha olan maye qazın satışının həcmini əhəmiyyətli dərəcədə artırdı. Bu siyasət özlüyündə həqiqətən də “sağlam iqtisadi rəqabət” anlayışından uzaqdır. Bu gün isə növbəti dəfə enerji problemi ilə üzləşə biləcək Aİ-nin qlobal miqyasda maye qazın alınması uğrunda mübarizəyə başlamaqla daha az inkişaf etmiş ölkləri bazarlardan çıxara biləcəyi vurğulanır.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Yanvar 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri