Lavrov: ATƏT baş katibinin Moskvaya səfərini yüksək qiymətləndiririk
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni baş katibi Feridun Sinirlioğlunun Moskvaya səfər etmək qərarını yüksək qiymətləndirir. Bu barədə martın 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
“İzvestiya.ru”nun məlumatına görə, o qeyd edib ki, son illər təşkilat rəhbərləri Moskvaya gəlməmək üçün müxtəlif bəhanələr gətirirlər. Onun sözlərinə görə, təşkilatın baş katibinin Rusiyaya sonuncu səfəri 2021-ci ilin iyununda Helqa Şmidin bu vəzifəni icra etdiyi vaxt olub.
“Biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aparıcı üzvləri ilə ünsiyyətin katiblik rəhbərinin funksiyalarını yerinə yetirməsi üçün vacib olduğuna şübhə etməyən yeni baş katibin qərarını yüksək qiymətləndirdik”, - Lavrov bildirib.
Lavrov Moskvada iki günlük səfərdə olan Sinirlioğlu ilə danışıqlarda təşkilatın prinsip və məqsədlərinin pozulduğunu və onlara məhəl qoyulmadığını bildirib. Nazir onu da qeyd edib ki, hazırda NATO üzvü olan ölkələrin və Avropa İttifaqının (Aİ) günahı ucbatından ATƏT dərin böhran içindədir.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 11 Mart 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















