Lavrov Braziliyaya gəldi və Ərdoğanla qısa söhbət etdi
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində iştirak etmək üçün Braziliyaya gəlib.
Globalinfo.az xəbər verir ki, Lavrov Rusiya nümayəndə heyətinə başçılıq edir.
Nazir qırmızı xalça üzərində yeriyərək sammitin əsas tədbirlərinin keçirildiyi Müasir İncəsənət Muzeyinə daxil olub. Onu Braziliya prezidenti Luiz İnasio Lula da Silva qarşılayıb.
Sammit başlamazdan əvvəl Sergey Lavrov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla qısa fikir mübadiləsi aparıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov görüşlərdə bərabərsizlik, aclıq və yoxsulluqla mübarizə mövzularında çıxış edəcək. Eyni zamanda nazir sammit çərçivəsində bir sıra ikitərəfli danışıqlar və təmaslar planlaşdırır.
Qeyd edək ki, G20 Liderlər Zirvəsi 18-19 noyabr tarixlərində Rio-de-Janeyroda keçiriləcək.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 Noyabr 2024 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















