Lavrov Fidan və Arakçı ilə görüşü “gözləyir”: Kritik müzakirə...
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dohada İran və Türkiyədən olan həmkarları Abbas Arakçı və Hakan Fidanla Suriyada pisləşən vəziyyəti müzakirə etmək üçün görüş gözləyir.
Axar.az xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
Lavrov qeyd edib ki, Rusiyada Suriyadakı terrorçuları kimin dəstəklədiyi barədə məlumat var:
“Rusiya isə bu prosesdə bütün tərəfdaşlarla onların maliyyə və silah kanallarının qarşısını necə alacağını müzakirə etmək istərdi. İctimai sahədə olan məlumatlarda, xüsusən amerikalıların, britaniyalıların və bəzilərinin adı çəkilir”.
Onun sözlərinə görə, bəziləri Qəzzanın bu qədər ciddi nəzarət altında olmaması üçün İsrailin vəziyyətin gərginləşməsində maraqlı olduğunu deyir.
Lavrov vurğulayıb ki, Suriyada vəziyyəti sabitləşdirmək asan deyil, bu, çoxlu tərəflərin iştirak etdiyi mürəkkəb bir oyundur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















