Lavrov həm Rusiya, həm də ABŞ dən gələn məhbus mübadiləsi ideyasından danışıb
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya ilə ABŞ arasında sonuncu məhbus mübadiləsi hər iki tərəfin eyni vaxtda təşəbbüskarlığı ilə olub.
Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"İdeya hər iki tərəfdən eyni vaxtda yaranıb. Əminəm ki, hər hansı humanitar jest, hətta iki nəfərin ailələrinə qovuşmasından söhbət getsə belə, həmişə müsbətdir", - Lavrov qeyd edib.
Onun sözlərinə görə, belə addımlar etimadı gücləndirir, lakin qarşılıqlı anlaşmanı tam bərpa etmək üçün vaxt gərəklidir. Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya Vaşinqtonla münasibətləri normallaşdırmağa yönəlməyi real və zəruri hesab edir.
Nazir, həmçinin vurğulayıb: "ABŞ prezidenti Donald Trampın komandası ilə təmaslar dialoqun zəruriliyini başa düşür və bu yanaşma olduqca realdır”.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 11 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















