Lavrov Moskva ilə Vaşinqton arasındakı gizli əlaqələrdən danışdı
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qeyri-sabit beynəlxalq vəziyyətə və Rusiya ilə ABŞ arasında münasibətlərin pisləşməsinə baxmayaraq, ölkələr müxtəlif məsələləri müzakirə etmək üçün kommunikasiya kanallarını saxlayırlar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsonla müsahibəsində Moskva ilə Vaşinqton arasında davamlı məxfi təmaslardan danışıb.
“Biz Amerika xalqının seçiminə və Donald Trampın seçilməsinə hörmət edirik. Prezident Vladimir Vladimiroviç Putinin dediyi kimi, biz hazırkı administrasiya ilə təmaslara açığıq, lakin indi “top onların meydançasındadır”. Biz heç vaxt təmaslarımızı, iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində əlaqələrimizi kəsməmişik”, - Lavrov Trampın Rusiyaya qarşı mümkün addımlarını şərh edərkən deyib.
Eyni zamanda, Lavrov ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri ilə təmaslar barədə suala cavab verməkdən imtina edib.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 06 Dekabr 2024 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















