Lavrov NÖQTƏNİ QOYDU: Zelenski və Putin görüşməyəcək KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov NBC News-a müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Zelenski arasında görüşün keçirilməsi mümkün deyil.
KONKRET.az xəbər verir ki, Lavrovun sözlərinə görə, belə bir görüş yalnız ortaq “prezidentlik gündəliyi” olduğu halda baş tuta bilər:
“Hazırda belə gündəlik mövcud deyil. Putin yalnız real danışıqlar predmeti olduqda görüşə hazırdır”.
Nazir əlavə edib ki, Ankoric sammitindən sonra ABŞ prezidenti Donald Tramp bir sıra prinsiplər təklif edib. Onların arasında Ukraynanın NATO-ya üzvlüyünə icazə verilməməsi, eləcə də Moskvanın çeviklik nümayiş etdirməyə hazır olduğu ərazi məsələlərinin müzakirəsi də olub.
Lavrovun iddiasına görə, Zelenski bütün təklifləri, o cümlədən Ukraynada rus dilinin qadağasını aradan qaldırmağa dair təşəbbüsü rədd edib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















