Lavrov: Qərb Gürcüstanda rəngli inqilab təşkil etməyə çalışır
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
"Kollektiv Qərb Gürcüstanda rəngli inqilab başlatmağa çalışır".
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov MDB iştirakçı dövlətlərinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin 20-ci iclasında çıxışı zamanı bildirib.
"Kollektiv Qərb daxili münaqişələri, gərginlik ocaqlarını təhrik edir, genişmiqyaslı informasiya müharibələrinin təşkilindən tutmuş hazırda Gürcüstanda etməyə çalışdıqları kimi birbaşa rəngli inqilabların başladılmasına qədər müxtəlif çirkli geosiyasi texnologiyalardan istifadə etməkdən çəkinmir", - nazir deyib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Qərb qlobal Cənub və qlobal Şərq dövlətlərində daxili siyasi vəziyyəti destabilizə etmək üçün qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsindən fəal şəkildə istifadə edir.
"İş o yerə çatıb ki, qərblilər öz destruktiv geosiyasi planlarını həyata keçirmək üçün, o cümlədən MDB məkanında ekstremist qüvvələrin resurslarından istifadə edirlər", - deyə Lavrov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 26 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















