Lavrov: Rusiya erməni ifaçılarını “İnterviziya”da görməkdən məmnun olardı
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya erməni ifaçılarını sentyabrın 20-də Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində görməkdən məmnun olardı.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Erməni dostlarımız yaxşı bilirdilər ki, müsabiqə keçirilir və iştirakçılar arasında erməni mədəniyyətinin nümayəndələrinin niyə olmaması məsələsi bizə aid deyil. Biz hamını, o cümlədən erməni dostlarımızı görməyə şad olarıq”, - Lavrov qeyd edib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, bu layihəyə maraq çox böyükdür, Rusiya ilə birlikdə iştirakçı ölkələrin sayı 23-dür.
“Sputnik Armenia”nın yazdığına görə, Ermənistan hələ də “İnterviziya”da iştirakını təsdiqləməyib.
Qeyd edək ki, bir müddət əvvəl tədbirin təşkilatçıları Azərbaycanın “İnterviziya” müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 16 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















