Icma.az
close
up
RU
Lavrov: Rusiya heç bir halda Ukraynada Avropa sülhməramlılarını qəbul etməyəcək

Lavrov: Rusiya heç bir halda Ukraynada Avropa sülhməramlılarını qəbul etməyəcək

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva heç bir halda Ukraynada Avropa sülhməramlılarını və orada Rusiya əleyhinə qanunların qorunub saxlanmasını qəbul etməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı blogger Mario Naufal, keçmiş hakim Endryu Napolitano və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Consona müsahibəsində bildirib.

Onun sözlərinə görə, NATO qoşunlarının Ukrayna ərazisində istənilən bayraq altında, istənilən keyfiyyətdə, o cümlədən sülhməramlı qüvvələr kimi olması Rusiya üçün təhdiddir: "Rusiyanı ərazilər deyil, insanlar maraqlandırır, ərazilər yalnız insanlar yaşadığı üçün vacibdir".

Lavrov qeyd edib ki, Rusiya 2014-cü ilin aprelində ABŞ, Aİ və Kiyevlə Ukraynanın federallaşdırılmasını ciddi şəkildə müzakirə edib. "O zaman heç kim Krımın adını çəkməyib. Məsələ artıq həll olunmuşdu. Əgər Kiyev İstanbul razılaşmalarını yerinə yetirsəydi, yalnız Krımı və “Donbasın bir hissəsini” itirəcəkdi. Ukraynalılar hər dəfə aldadanda nəsə itirirlər”.

Rusiya XİN başçısı ölkəsinin ABŞ və Çinlə münasibətləri haqqında danışıb. Onun sözlərinə görə,nüvə gücləri bir-birinə qışqırmamalı, danışıqlar masası arxasında ünsiyyət qurmalıdırlar: "Rusiya və ABŞ-ın maraqları heç vaxt eyni olmayacaq, hətta 50% üst-üstə düşə bilməzlər. Avropa və Britaniya Ukrayna ətrafında münaqişənin davam etməsini istəyir, ABŞ-ı Rusiyaya qarşı aqressiv hərəkətlərə sövq etmək üçün “nə isə hazırlayırlar”.

Lavrov vurğulayıb ki, ABŞ Rusiyanı Çinə qarşı qoymağa müvəffəq olmayacaq: “Amerikalılar bilirlər ki, biz heç vaxt hüquqi, həm də siyasi, bizi Çinlə bağlayan öhdəliklərimizi pozmayacağıq. Pekin üçün maraqlı olarsa, Moskva ABŞ və Çinlə nüvə silahları və təhlükəsizlik üzrə üçtərəfli görüşə açıqdır.

Rusiya XİN başçısı Avropa İttifaqının müstəqilliyini, iqtisadi əhəmiyyətini itirdiyini və dinc iqtisadi layihə olmaqdan çıxdığını bildirib. O, Avropa ölkələrinin Ukrayna ilə bağlı Minsk razılaşmalarında pis rol oynadığını söyləyib, fransızların və almanların davranış tərzini biabırçılıq adlandırıb.

NATO-dakı vəziyyətə də toxunan Lavrov ABŞ-nin bu hərbi-siyasi birlikdən çıxmayacağını bildirib: “Amerikalıların NATO-nu tərk edəcəklərini düşünmürəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Mart 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri