Lavrov: Rusiya sülhə hazırdır, lakin detallar razılaşdırılmalıdır
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı saziş bağlamağa hazırdır, lakin razılaşmanın təsdiqini tələb edən müəyyən müddəaları var, Moskva bunun üzərində işləyir.
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“ABŞ prezidenti Donald Trampın bəyanatında sazişdən bəhs edilir və biz saziş bağlamağa hazırıq, lakin bu sövdələşmənin bəzi ayrı-ayrı məqamları, elementləri var ki, onlar dəqiq tənzimləmə tələb edir və biz bu proseslə məşğuluq”-deyə, o, cümə axşamı Amerikanın CBS teleşirkətinə müsahibəsində deyib.
Bundan əvvəl Tramp ümid etdiyini bildirib ki, bu həftə Ukraynadakı vəziyyətin nizamlanmasına dair razılaşma əldə olunacaq. Çərşənbə günü Amerika lideri həmçinin Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda iştirak üçün öz müddətlərini müəyyən etdiyini, lakin bunları açıqlamadığını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:104
Bu xəbər 25 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















