Lavrov: Rusiyanın heç vaxt hər hansı torpaqları ələ keçirmək məqsədi olmayıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya heç vaxt Krım, Donbas və ya Novorossiyanı ələ keçirməyi hədəfləməyib, əsas vəzifə rus insanlarını qorumaq olub.
APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına verdiyi müsahibədə bildirib.
“Bir daha xüsusi vurğulamaq istəyirəm ki, biz heç vaxt sadəcə müəyyən torpaqları ələ keçirməkdən danışmamışıq. Nə Krım, nə Donbas, nə də Novorossiya torpaqları bizim məqsədimiz olmayıb. Məqsədimiz bu torpaqlarda əsrlər boyu yaşayan, bu torpaqları kəşv edən, onlar üçün qanını axıdan, həm Krımda, həm Donbasda Odessa, Nikolayev və digər şəhərlər, limanlar, zavodlar, fabriklər tikən rus insanlarını qorumaq olub”, — deyə nazir qeyd edib.

Rusiyanın məqsədi Krımı, Donbası almaq olmayıb Lavrov
19 Avqust 2025 16:35
Krımı, Donbassı ələ keçirmək məqsədimiz olmayıb Lavrov
19 Avqust 2025 17:52
Rusiya heç vaxt Krım və Donbası ələ keçirmək istəməyib Lavrov
19 Avqust 2025 15:12
Lavrov: Rusiyanın məqsədi Ukrayna ilə sadəcə atəşkəsi razılaşdırmaq deyil
15 May 2025 15:51
Lavrov: “Rusiyanın səbrini sınağa çəkməyin”
25 Dekabr 2024 17:23

