Lavrov: Tramp Ukrayna ilə bağlı reallıqları qəbul edir
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı reallıqları qəbul etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Lavrov Rusiyanın dövlət televiziyası “Pervıy Kanal”a müsahibəsində Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə keçirdikləri görüşlər barədə danışıb.
Nazirin sözlərinə görə, müzakirələrin əsasını Trampın hakimiyyətə gəlişindən sonra Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər təşkil edib. Lavrov bildirib ki, Tramp Ukraynanın NATO-ya üzvlüyü məsələsinin artıq gündəmdən çıxarılmalı olduğunu vurğulayıb.
Lavrov ABŞ-ın mövqeyində digər mühüm məqamın isə “reallıqların qəbul edilməsi” olduğunu qeyd edib. O bildirib ki, Tramp və komandası tərəfindən qəbul edilən reallıqlar yalnız döyüş meydanındakı vəziyyətlə deyil, həm də Rusiyanın iddia etdiyi ərazilərdə əhalinin iradəsi ilə bağlıdır.
Lavrov Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilmiş referendumları nəzərdə tutaraq bildirib ki, Moskva ABŞ-ın Rusiya ilə əlaqələrini bu “reallıqlar” əsasında qurmasını müsbət qiymətləndirir.
“Bu, ABŞ-la dialoqu davam etdirmək istəyimizi gücləndirir. ABŞ bu fundamental məqamları qəbul edir və bu baxımdan faydalı olmağa çalışır”, – deyə Lavrov bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Sentyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















