Lavrov Trampın nüvə dialoqu ilə bağlı təşəbbüsünü dəstəklədiyini açıqlayıb
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik, strateji sabitlik və nüvə silahları məsələlərini müzakirə etmək üçün ABŞ , Çin və Rusiyanın görüşünün təşkili təşəbbüsünü dəstəkləyir.
Missiya.Az xəbər verir ki, bunu martın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı bloqerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində deyib.
“Donald Tramp artıq nüvə silahı və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün üç ölkənin - ABŞ, Çin və Rusiyanın görüşünü təşkil etmək istədiyini bəyan edib. Biz qarşılıqlı hörmətə, bərabərliyə və əvvəlcədən müəyyən edilmiş həllərdən imtinaya əsaslanan istənilən formata açığıq. Çinli dostlarımız bununla maraqlanırsa, qərar onlarındır. Lakin bu, strateji sabitlik üzrə Rusiya-Amerika dialoqunun əhəmiyyətini inkar etmir”, - Lavrov qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiya lideri Vladimir Putin Strateji Silahların Azaldılması Müqavilənin müddətinin bir ildən sonra başa çatması ilə bağlı belə dialoqun vacibliyini vurğulayıb. Lavrov əlavə edib ki, Tramp administrasiyasının bu məsələyə yanaşması ABŞ-nin keçmiş prezidenti Co Baydenin hərəkətlərindən fərqlənir.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 12 Mart 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















