Lavrov və Əraqçi Aİ 3 ün İran əleyhinə kampaniyasını müzakirə ediblər
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi telefonla Böyük Britaniya, Almaniya və Fransanın BMT Təhlükəsizlik Şurasında və MAQATE-nin Rəhbərlər Şurasında İran əleyhinə kampaniya başlatmaq cəhdlərini müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki,“Lavrov və Əraqçi Yaxın Şərqdə baş verən hadisələri, ilk növbədə Fələstin-İsrail sülh prosesini və BMT Təhlükəsizlik Şurasının bu məsələyə baxmasını, həmçinin Fransa, Britaniya və Almaniyanın İran əleyhinə kampaniya başlatmağa çalışdığı MAQATE-nin Rəhbərlər Şurasındakı vəziyyəti müzakirə ediblər”.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 12 Noyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















