Lavrov və Fidan regional məsələləri müzakirə edib
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanın dəvəti ilə Antalya Diplomatik Forumunun beşinci iclasında iştirak edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, forum çərçivəsində keçirilən ikitərəfli görüşdə tərəflər beynəlxalq və regional gündəliyin əsas məsələlərini ətraflı müzakirə ediblər. Müzakirələrdə xüsusilə Fars körfəzi və Yaxın Şərqdəki vəziyyət diqqət mərkəzində olub.
Tərəflər böhran vəziyyətlərinin həlli üçün effektiv mexanizmlərin hazırlanması istiqamətində daha konstruktiv əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.
Görüş zamanı Rusiya-Türkiyə dialoqunun aktual siyasi məsələləri üzrə mövqelərin uzlaşdırılması aparılıb, həmçinin ticarət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Tərəflər qarşıdakı dövr üçün ikitərəfli əlaqələrin təqvimini də müəyyənləşdiriblər.
Bu mövzuda digər xəbərlər:Fidan və Lavrov regional məsələləri müzakirə ediblər
14 Noyabr 2024 12:53
Lavrov və Fidan regional məsələləri müzakirə edəcəklər
14 İyun 2026 16:39
Hakan Fidan və Sergey Lavrov regional məsələləri müzakirə ediblər
13 Yanvar 2025 02:09
Fidan Lavrovla regional məsələləri müzakirə edib
13 Noyabr 2024 22:25
Bayramovla Lavrov ikitərəfli və regional məsələləri müzakirə edib
12 Aprel 2025 20:39
Baxış sayı:116
Bu xəbər 19 Aprel 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















