Lavrov və Fidan Suriya ilə bağlı müzakirə apardı
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Rusiya xarici işlər nazir Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla telefonda danışıq aparıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, telefon danışığı zamanı tərəflər Suriya ilə bağlı məsələləri müzakirə edib. Hakan Fidan Suriyadakı vəziyyətin ölkənin ərazi bütövlüyünün qorunması və bütün Suriya vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi əsasında həllinin vacibliyini vurğulayıb. Tərəflər Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyini vurğulayıblar.
Bəyanatda həmçinin vurğulanıb ki, Lavrov və Fidan Suriya məsələsi və regiondakı digər aktual məsələlərdə yaxın təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Baxış sayı:107
Bu xəbər 23 Yanvar 2025 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















