Lavrov və Putinin köməkçisi ABŞ la danışıqlar üçün Səudiyyə Ərəbistanına gedir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ-la danışıqlar aparacaq Rusiya nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfərə yola düşür.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu gün Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Ər-Riyada uçurlar: "Çərşənbə axşamı Ər-Riyadda onlar amerikalı həmkarları ilə ilk növbədə Rusiya-Amerika münasibətlərinin bütün spektrinin bərpasına həsr olunacaq görüş keçirəcəklər. Bu görüş həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqların hazırlanmasına və iki prezident arasında görüşün təşkilinə həsr olunacaq”.
Kremlin sözçüsü Rusiyanın Ər-Riyadda keçiriləcək danışıqlarda Yaxın Şərqdəki vəziyyəti də müzakirə etməyə hazır olduqlarını vurğulayıb: “Əgər bu mövzuya hansısa formada toxunularsa, o zaman nümayəndələrimiz bu mövzunu da müzakirə etməyə hazır olacaqlar”.
eskov Ukrayna üzrə danışıqlar ərəfəsində “xüsusi hərbi əməliyyat”ın dinamikasını da qiymətləndirib: “Hələ ki “xüsusi hərbi əməliyyat” davam edir. Onun dinamikası yaxşı məlumdur. Bütün ekspertlər bu dinamikanı görür və qeyd edirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 17 Fevral 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















