Lavrovdan jurnalistə sərt reaksiya: Niyə bu dildə danışmalıyam?!
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sky News” jurnalistinin ingilis dilində sualını cavablandırmaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, hadisə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışından sonra mətbuat konfransı zamanı baş verib.
Belə ki, jurnalist Lavrovdan ingilisi dilində danışmasını xahiş edib. Lakin XİN rəhbəri rus dilinin də BMT-nin rəsmi dili olduğunu xatırladıb.
“Biz BMT-nin binasındayıq, burada rus dili ingilis dili qədər rəsmi dildir. Buna görə də bu dildən istifadə hüququmuza və bacarığımıza hörmət etdiyiniz üçün hamınıza çox minnətdaram”, – Lavrov bildirib.
Jurnalist Lavrovdan ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması ilə bağlı fikirlərini soruşub.
Lavrov diplomatiyanın müxtəlif alətlər və texnikaları ehtiva etdiyini qeyd edərək Ağ Ev rəhbərinin bəyanatına birbaşa şərh etməyib.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 Sentyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















