Lavrovdan yeni dünya nizamı açıqlaması Qarşıdurma başlayır
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Beynəlxalq sistem sürətli və dərin dəyişikliklər dövrünə qədəm qoyub.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət deyib.
Onun sözlərinə görə, ilin əvvəlində baş verən bir sıra hadisələr bu qiymətləndirməni təsdiqləyir.
“Bu ilin əvvəlində yaşanan dramatik hadisələr, o cümlədən ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi, Kubaya artan təzyiqi, İrandakı vəziyyəti pozmaq cəhdləri və Qrenlandiya ətrafında yaranan böhran – bütün bunlar dünyanın sürətli və çox dərin dəyişikliklər mərhələsinə daxil olduğunu göstərir”, — deyə Lavrov qeyd edib.
Nazirin bildirdiyinə görə, qlobal inkişafın yeni mərhələsi uzunmüddətli xarakter daşıya və onilliklər davam edə bilər. Lavrov vurğulayıb ki, dəyişikliklərin əsas istiqaməti daha ədalətli və dayanıqlı çoxqütblü beynəlxalq sistemin formalaşması ilə bağlıdır.
Eyni zamanda, o qeyd edib ki, bu proses kəskin geosiyasi qarşıdurma fonunda gedir. Lavrovun sözlərinə görə, bir tərəfdə Qərbin ənənəvi liderləri, digər tərəfdə isə dünya əhalisinin böyük hissəsini təmsil edən yeni inkişaf mərkəzləri dayanır.
Tahir Turan
Globalinfo.az
Baxış sayı:125
Bu xəbər 12 Fevral 2026 07:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















