Lavrovun müavini: Trampın təkliflərində mövqeyimizə zərər verəcək elementlər olmamalıdır
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Donald Trampın Ukraynaya dair təkliflərini nəzərdən keçirməyə hazırıq, lakin onlarda mövqeyimizə zərər verəcək elementlər olmamalıdır.
APA xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, ölkəsi hazırkı mövqeyinin əsasını təşkil edən elementlərdən imtina etmək niyyətində deyil.
Qeyd edək ki, seçki kampaniyası zamanı D. Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni özünün andiçmə mərasiminədək həll etmək planının olduğunu açıqlayıb.
Bununla belə o, detallar barədə heç bir fikir söyləməyib.




Lavrovun müavini: Trampın təkliflərində mövqeyimizə zərər verəcək elementlər olmamalıdır
05 Dekabr 2024 12:11
Lavrovun müavini Azərbaycanın Rusiyadakı səfirliyinə gedib
27 Dekabr 2024 18:20
Ermənistanın təhlükəsizliyinin təminatçısı Rusiyadır Lavrovun müavini
29 Noyabr 2024 16:44
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
03 Aprel 2025 18:24
Lavrovun müavini: NATO Rusiya ilə müharibəyə hazırlaşır
20 Dekabr 2024 10:37

