Icma.az
close
up
RU
Layihənin icrası sona çatdı

Layihənin icrası sona çatdı

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb.

“Cebheinfo.az” xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində cari ilin iyun–noyabr ayları ərzində “Regionlarda uşaqların tibbi müayinəsi” layihəsi həyata keçirilib.

Layihə regionlarda yaşayan uşaqların sağlamlıq vəziyyətinin sistemli şəkildə qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkar olunması, zərurət yarandıqda ixtisaslaşmış tibbi xidmətə yönləndirilməsi məqsədini daşıyıb. 

Müayinələr pediatriya, nevrologiya, endokrinologiya, kardiologiya, oftalmologiya, otorinolarinqologiya və neonatologiya üzrə tibbi heyəti tərəfindən aparılıb. 

Layihə çərçivəsində Ucar, Zaqatala, Masallı, Şamaxı və Daşkəsən rayonlarında ümumilikdə 995 uşaq müayinədən keçirilib. Fərqli yaş qruplarına aid uşaqların inkişafı, sağlamlıq göstəriciləri, mövcud və ya potensial risklər hərtərəfli araşdırılıb, aşkar edilən hallarla bağlı valideynlərə fərdi tibbi tövsiyələr verilib. Müayinələr nəticəsində əlavə müalicə və ya ixtisaslaşmış tibb müəssisəsinə yönləndirmə tələb edən uşaqlar müvafiq şəkildə istiqamətləndirilib.

Ümumilikdə müayinə edilən uşaqlardan 30 nəfərə Bakıya, Lənkərana və Gəncəyə ambulator və stasionar tibbi xidmət üçün göndəriş verilib. 2 nəfər Ucarda, 1 nəfər isə Zaqatalada stasionar müalicə ilə təmin edilib.

Layihənin əhəmiyyətli istiqamətlərindən biri region tibb heyətinin peşəkar hazırlığının gücləndirilməsi olub. Bu məqsədlə layihə çərçivəsində neonatoloqlar üçün xüsusi təlim proqramı təşkil edilib.

Təlimdə yeni doğulmuş körpələrin reanimasiyası, kritik vəziyyətlərdə ilkin müdaxilə, neonatal infeksiyaların idarə olunması, tənəffüs sisteminə dair problemlərin qiymətləndirilməsi və təhlükəsiz tibbi mühitin təmin olunması ilə bağlı praktiki və nəzəri biliklər təqdim edilib.

Təlim regionlarda neonatal xidmətlərin səviyyəsinin yüksəldilməsinə və körpələrin həyatının qorunmasına yönəlmiş mühüm addım kimi dəyərləndirilir.

Ümumilikdə layihə regionlarda tibbi xidmətlərin əlçatanlığının artırılmasına, uşaqlarda xəstəliklərin erkən aşkarlanmasına, valideynlərin sağlamlıq mövzularında məlumatlandırılmasına və səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri