Icma.az
close
up
RU
Layiqli mübarizə aparmaq üçün bütün gücümüzü ortaya qoyacağıq

Layiqli mübarizə aparmaq üçün bütün gücümüzü ortaya qoyacağıq

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev AFFA-nın saytına açıqlama verib.

Sportal.az xəbər verir ki, mütəxəssis dünən başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib. O, fevralın 14-dək Bakıda təşkil olunacaq hazırlıq çərçivəsində bir yoxlama görüşü keçirəcəklərini söyləyib:

“Belarusdakı təlim-məşq toplanışından yenicə qayıtmışıq. Orada 2 yoxlama oyunu keçirmişdik. Həmin hazırlıq hansı sxemlərdə oynamağımız baxımından bizə çox kömək oldu. Artıq iki gündür toplanmışıq. Seçmə mərhələyə fevralın 14-dək Bakıda hazırlaşacağıq. Ayın 13-də oğlanlardan ibarət ROFM komandası ilə yoxlama görüşü keçirməyimiz nəzərdə tutulub. Ümumilikdə hazırlığımız yaxşı keçir, qızlarda əhvali-ruhiyyə yüksəkdir. Sevindirici haldır ki, zədəli oyunçumuz yoxdur”.

U-19 fevralın 15-dən 26-dək Albaniyada Avropa çempionatının II seçmə mərhələsində iştirak edəcək. Baş məşqçi B qrupundakı rəqiblər Şimali İrlandiya, Albaniya və Monteneqro yığmalarını da dəyərləndirib: “Rəqibləri təhlil etmişik. Şimali İrlandiya və Monteneqro çox güclü komandalardır. Onlar qrupun favoriti hesab olunurlar. Buna baxmayaraq, biz də layiqli mübarizə aparmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Belə turnirlərdə ilk oyundan çox şey asılı olur. Biz isə birinci matçımızı Şimali İrlandiya yığmasına qarşı keçirəcəyik. Hazırda bütün diqqətimizi həmin oyuna yönəltmişik. Yaxşı nəticə əldə etmək üçün çalışacağıq”.

Qeyd edək ki, U-19 millimiz Avropa çempionatının II seçmə mərhələsi çərçivəsində fevralın 18-də Şimali İrlandiya, 21-də Albaniya, 24-də isə Monteneqro komandası ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sportal.az
archiveBu xəbər 11 Fevral 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri