Icma.az
close
up
RU
LDU nümayəndə heyəti Macarıstanın Debrecen Universitetində olub

LDU nümayəndə heyəti Macarıstanın Debrecen Universitetində olub

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Lənkəran Dövlət Universitetinin  nümayəndə heyəti  LDU-nun rektoru, professor Natiq İbrahimov başda olmaqla 1-6 dekabr 2024-cü il tarixində beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq müqavilələrinin  imzalanması və gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsi məqsədilə Macarıstan və Rumıniyaya  rəsmi səfər edib. 

LDU nümayəndə heyətinin rəsmi səfəri 01-02 dekabr tarixlərində Macarıstanın Debrecen Universiteti ilə tanışlıqdan  başlayıb. Səfərin ilk günü Debrecen universitetinin baş rektor müavini, rektor vəzifəsini icra edən prof. Dr. Károly Pető və Koordinasiya və Strategiya  üzrə direktor Oksana Kiszil və  başqaları  Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov və LDU-nun nümayəndə heyəti ilə görüşüblər.

Görüş zamanı LDU ilə Debrecen universiteti arasında mövcud olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi  və s. mövzuda geniş  diskussiya aparılıb. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov söhbət zamanı iki universitet arasındakı yaxın əlaqələrin  iki ölkə arasında olan dostluq münasibətlərindən, qarşılıqlı əməkdaşlıqdan qaynaqlandığını  vurğulayıb.  Bildirib ki, universitetlər arasındakı əlaqələrin genişləndirilməsi tələbələr üçün xaricdə təhsil imkanlarının əlçatanlığının  təmin edilməsinə  şərait yaradacaq. Prof. Natiq İbrahimov universitetlər arasında ikili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq addımların atılmasının vacibliyini qeyd edib. 

Görüşdən sonra səfər proqramına uyğun olaraq  Debrecen universitetinin iqtisadiyyat, qida mühəndisliyi, aqronomluq fakültələri ilə tanışlıq olub,  universitetin maddi-texniki bazasına  baxış keçirilib. Səfərin sonunda xatirə hədiyyələri təqdim edilib. 

Xatırladaq ki, Debrecen universiteti qədim tarixə malikdir,  əsası 1538-ci ildə qoyulub. Qeyd edək ki, səfər Avropa universitetləri ilə LDU arasında tədris sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin  həyata keçirilməsi məqsədini daşıyır. Səfər zamanı keçirilən görüşlərdə əldə olunan razılaşmalar çərçivəsində Erasmus+ proqramı vasitəsilə tələbə və müəllimlər üçün Avropa universitetlərində təhsil və tədqiqat imkanlarının genişləndirilməsi, ikili diplom və ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, təhsil prosesində yeniliklərin tətbiqi istiqamətində işlər aparılması barədə razılıq əldə olunub ki, bu da  Lənkəran Dövlət Universitetinin beynəlxalq arenada nüfuzunun artması, tədrisin modernləşdirilməsi, elmi isiqamətdə inkişafı və s. üçün geniş perspektivlər  açır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri