Icma.az
close
up
RU
Le Pendən miqrantlarla bağlı sərt bəyanat

Le Pendən miqrantlarla bağlı sərt bəyanat

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada keçiriləcək prezident seçkilərində namizəd, sağçı siyasətçi Marin Le Pen ölkədə miqrasiya siyasətinin kəskin şəkildə sərtləşdirilməsi və radikal ideologiyalarla mübarizəyə dair sərt bəyanatlarla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, Marin Le Pen çıxışında ölkədə "Fransada Milli Üstünlük" prinsipinin mütləq tətbiq olunacağını bildirib. Siyasətçinin sözlərinə görə, fransız vətəndaşları hər sahədə və sosial yardımların paylanmasında miqrantlardan üstün tutulacaqlar.

Bununla yanaşı, miqrasiya axınının qarşısını almaq üçün iqtisadi və sosial məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Xarici işçi çalışdıran şirkətlərə əlavə 10 faizlik xüsusi verginin tətbiq ediləcəyi, qanunsuz miqrantlara göstərilən pulsuz tibbi yardımın və sosial ödənişlərin ləğv olunacağı diqqətə çatdırılıb. Sezar pizza

Sığınacaq almaq istəyənlər üçün də yeni mexanizm müəyyənləşdirilir. Belə ki, qanunsuzluqların qarşısını almaq məqsədilə sığınacaq istəyən şəxslər ilk növbədə Fransanın ölkə xaricindəki konsulluqlarına müraciət etməli, yalnız müraciətləri müsbət cavablandırıldığı təqdirdə ölkəyə gəlməlidirlər.

Marin Le Pen, həmçinin küçələr, ictimai nəqliyyat və parklar da daxil olmaqla bütün ictimai yerlərdə hicab taxılmasının tamamilə qadağan olunacağını bəyan edib. O, hicabı sadəcə dini geyim deyil, Fransa torpaqlarında radikal ideologiyanın bayrağı kimi qiymətləndirib.

Çıxışın sonunda radikal meylli bütün məscid və icmaların dərhal bağlanacağı, Fransa məscidlərinə xaricdən gələn maliyyə axınlarının və xarici din xadimlərinin fəaliyyətinin tamamilə qadağan ediləcəyi bildirilib.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Oktyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri