Icma.az
close
up
RU
Leandro Andrade “Atletik”in, Bilbao klubu İspaniya futbolunun tarixinə düşüb

Leandro Andrade “Atletik”in, Bilbao klubu İspaniya futbolunun tarixinə düşüb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 oktyabr, AZƏRTAC

Ötən gecə UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu (3:1) bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb.

AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, Bilbao təmsilçisi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində hesabda geri düşdükdən sonra (0:1) məğlub olmayıb.

Ağdam təmsilçisinin futbolçusu Leandro Andrade 48-ci saniyədə fərqlənərək “Atletik”in ÇL tarixində buraxdığı ən erkən qolun müəllifi olub. Kabo-verdeli yarımmüdafiəçi bu göstərici ilə 1998/1999-cu illər mövsümündə 1 dəqiqə 25 saniyəyə ispaniyalıların qapısına yol tapan Norveçin “Rusenborq” klubunun oyunçusu Yan Sorenseni geridə qoyub.

Maraqlısı odur ki, Çempionlar Liqasında son ilk dəqiqədə fərqlənən son 14 komandadan yalnız 4-ü qarşılaşmanı qələbə ilə başa vurub. “Atletik” turnir tarixində matçın ilk dəqiqəsində qol buraxıb qələbə qazanan ilk İspaniya klubu kimi tarixə düşüb.

La Liqa təmsilçisi “Qarabağ”la oyunadək Çempionlar Liqasında uzaq məsafədən qol vurmamışdı. Dünənki qarşılaşmada isə Bilbao təmsilçisinin hər üç qolu uzaq məsafədən reallaşıb. Bir mövsümdə eyni görüşdə üç uzaq məsafəli qola imza atan digər yeganə komanda oktyabrın 21-də İtaliya nəhəngi “Napoli”ni 6:2 hesabı ilə məğlub edən Niderlandın PSV kollektivi olub. “Atletik”in heyətində qolların ikisini Qorka Quruseta vurub. Hücumçu zərbələri hər iki ayağı ilə (sağ və sol) yerinə yetirib. Buna bənzər uğuru sonuncu dəfə Lionel Messi 2019-cu ildə “Barselona” forması ilə İngiltərənin “Mançester Yunayted” komandasına qarşı göstərmişdi.

Quruseta avrokuboklarda bir qarşılaşmada 2 və ya daha çox qol vuran 4-cü “Atletik”li futbolçu olub. Ondan əvvəl bunu Xose Luis Artetxe (1956), Merodio (1956) və İqnasiо Uribe (1957) bacarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri