Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Qarabağ”dan Ukraynanın “Polesya” klubuna transfer olunan Leandro Andrade Ağdam təmsilçisi ilə vidalaşıb.
QOL.az xəbər verir ki, kabo-verdeli 26 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək “Qarabağ”da keçirdiyi illəri unutmayacağını bildirib.
“Qarabağ”la vidalaşmaq vaxtı gəldi. Çətin olsa da, bu 4 il yarımda yaşadıqlarımı sözlə ifadə etməyə çalışacağam. Bunu bir sözlə ifadə edə bilərəm: unudulmaz!” - deyə Andrade yazıb.
O, məşqçilərə, klub əməkdaşlarına, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib:
“İlk gündən özümü evimdəki kimi hiss etməyimə səbəb olan hər kəsə təşəkkür edirəm. Ömürlük dostluqlar qazandım. Azarkeşlərə də xüsusi təşəkkür edirəm. Məni həmişə sizdən biri kimi hiss etdirdiniz”.
Andrade paylaşımını “Təşəkkürlər, Bakı! Təşəkkürlər, ‘Qarabağ’ ailəsi!” sözləri ilə tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 28 İyun 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















