Icma.az
close
up
RU
Legioner hücumçusu olmayan Qarabağ ın 4 oyuna 10 qol vurmağı...

Legioner hücumçusu olmayan Qarabağ ın 4 oyuna 10 qol vurmağı...

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu bir cümləlik quru, amma önəmli statistikaya diqqət edin: “Qarabağ” 4-cü dəfə Çempionlar Liqasının “pley-off”undadır! Futbolu olmayan ölkənin çempionu futbolu olan ölkələrin komandaları ilə bir sıradadır. Ölkəmizin futbolunun adı hələ də it dəftərinə düşməsə də, "Qarabağ"ın adı futbol dəftərinə düşə bilib.

Qurban Qurbanov dünən "Şkendiya"nı əzik-əzik etdikləri oyundan (5:1) sonra bir maraqlı fikir işlətdi: Çempionlar Liqasının "pley-off"u elə qrupun özü kimidir.

Pley-off-da Norveçin, Avstriyanın, Şotlandiyanın, İsveçrənin, Türkiyənin, Serbiyanın, Danimarkanın təmsilçiləri  var. 

Biz də varıq. "Qarabağ" da var. Yəni "Kəhər at"lar... 

Klubun özünün özünə verdiyi ləqəbdir bu. "Köhlən atlar" yox, məhz "Kəhər atlar". Köhlət at ərəbdən gəlmədir. Kəhər at isə bizə doğmadır. Azərbaycana. Qarabağa.

Çempionlar Liqasında "Kəhər atı" ilə addımlayırıq.

El-obamızın, cıdır meydanlarımızın bəzəyi olub bu atlar. Amma biz yenə də cıdır meydanından futbol meydanına enək.

"Tofiq Bəhramov"a. Kəhər atı orda oynadan "Qarabağ"a.

Legioner hücumçusu olmayan komanda -  Çempionlar Liqasında 4 oyuna 10 qol vurub! Orta hesabla hər oyuna 2,5 qol.10 qoldan düz 6-sı ön xətt oyunçularının payına düşür. İstədiyimiz hücumçu yoxdur, amma yaxşı hücum - ön xəttimiz var. Zubir, Kadi, Leandro. Tənqid olunsa belə, gənc Nərimanın dünənki əzmkar, istəkli oyunu, gözəl qolu...

Bu qollardan vur, Nəriman! 

Lap gözəl olmasa belə vur... Amma yetər ki, vur. Birin vur, ikisin vur, beşin, onun, on beşin, iyirmisin vur. 

"Qarabağ"ın qələbə qollarında braziliyalının, əlcəzairlinin, portuqaliyalının deyil, məhz sənin imzan olsun. Sənin - azərbaycanlı balasının! Əsas heyətdə oynayan sən ol, ehtiyatda yatan əcnəbi.

... 4 oyunda 4 qələbə.

Təsnifat mərhələsində ən çox qalib gələn 3 komandadan biridir "Qarabağ".  

4 oyuna cəmi 1 qol buraxıb! Təsnifat mərhələsində ən az qol buraxan komandalardan biridir "Kəhər atlar"...

Demək, ötən mövsüm arxa xətdə mövcud olmuş narahatlıqlar da - hələlik tam olmasa da - amma aradan qalxır.

“Qarabağ” bütün komanda olaraq oyundan oyuna formaya düşür. Qapıçılar, müdafiəçilər, yarımmüdafiəçilər, ön xətt oyunçuları. Yeni gələnlər də komandaya uyğunlaşmağa doğru gedir.

Tezliklə hamının gözlədiyi yaxşı bir mərkəz hücumçusu da gələr. Buna ehtiyac, tələb var ki. Qurban Qurbanov bunu hamıdan yaxşı bilir və görür. İndi bir balaca səbr də vacibdir. Yeni hücumçu gələnə qədər isə necə deyərlər, igidin də haqqını verək.

Qurban Qurbanovun, onun köməkçilərinin, bütün komandanın və klubun idarəetməsinin.

Bəli, "Qarabağ" "pley-off"dadır və istiqamət futbol əjdahaların arasına düşməkdir: PSJ-nin, "Real"ın, "Barselona"nın, "Liverpul"un oynayacağı liqaya.

Növbəti rəqib "Ferensvaroş" "Qarabağ"ın bu mövsüm qarşılaşacağı ən çətin komanda olacaq. Gələn həftə ilk oyundur. 2 həftə sonra isə "Tofiq Bəhramov"dakı cavab matçında bu cütlük yenidən üz-üzə gələcək.

Və inanaq ki, onda biz deyəcəyik: oyunçu aparsın.

Yəni "Qarabağ" aparsın!

Aydın Bağırov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri