Icma.az
close
up
RU
Legioner oyunçu: “Qalib gələ bilməyəcəyimiz komanda yoxdur”

Legioner oyunçu: “Qalib gələ bilməyəcəyimiz komanda yoxdur”

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Quba" basketbol komandasının legioneri Davonte Kraven klubun mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, oyunçu komandanın çıxışını dəyərləndirib:

-"Quba" son turda "Ordu"ya qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı, qələbəni necə şərh edərdiniz?

-Qələbə qazanmalı olduğumuzu bilərək bu oyuna çıxmışdıq. Bundan əvvəlki turda da qalib gəlmişdik. Hamımız diqqətimizi "Ordu" ilə matça cəmləmişdik. Öz işimizi yaxşı səviyyədə gördük və qalib gəldik. Növbəti oyunda da bu seriyanı davam etdirməyi planlaşdırırıq.

-Bu matçda Kameron Consla eyni xalı topladınız. Performansınızdan razı qaldınız?

-Bəli, Kameronla yaxşı oynadıq. Amma daha yaxşısını edə bilərdik. Ümumilikdə isə komandamızın yaxşı oynadığını düşünürəm. Gözləntilərim hər ikimizin verdiyi performansdan qat-qat yüksəkdir.

-Növbəti turda "Şəki" ilə qarşılaşacaqsınız. Bu matç haqqında nə düşünürsünüz?

-"Şəki" ilə matça fokuslanmışıq. Mənə elə gəlir ki, bu matçda qalib gələcəyik və seriyamızı davam etdirəcəyik. Təbii ki, asan olmayacaq. Çünki rəqibimiz də yaxşı komandadır. Azərbaycan Basketbol Liqasında qalib gələ bilməyəcəyimiz komanda yoxdur.

-Komanda ev oyunlarını Qubada keçirir. Orada oynamağı üstünlük hesab etmək olar?

-Azarkeşlərimiz sayəsində Qubada oynamaq böyük üstünlükdür. Onlar bizim arenamızı evimiz kimi hiss etdirirlər. Təbii ki, evdə oynamaq hər zaman yaxşıdır. Biz də qalib gələrək Qubada olan azarkeşlərimizi sevindirmək istəyirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sport24.az
archiveBu xəbər 09 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri