Ləğv edilən Dövlət Komissiyasının tərkibində kimlər var idi... SİYAHI
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Cənub Qaz Dəhlizi ilə əlaqədar yaradılan Dövlət Komissiyası ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, komissiya 2013-cü ildə yaradılıb.
Komissiyanın əsas vəzifələri Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi idi.
Ləğv edilən Komissiyanın sədri Baş nazirinin birinci müavini idi.
Komissiyanın üzvləri isə aşağıdakılar olub:
- Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
- Azərbaycan Respublikasının energetika naziru
-Azərbaycan Respublikasının iqtisadiyyat naziri
-Azərbaycan Respublikasının maliyyə naziri
-Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
-Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
-Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
Baxış sayı:85
Bu xəbər 18 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















