Ləğv olunacağı deyilən quruma yeni təyinat: Nə baş verir? KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Dövlət Gömrük Komitəsi (DGK) ətrafında müzakirələr bir müddətdir dayanmır. Xüsusilə qurumun ləğvi istiqamətində fikirlər səsləndirilirdi. Hətta iddia olunurdu ki, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti birləşdiriləcək. Bu fonda Prezidentin son sərəncamı diqqət çəkdi. Belə ki, martın 12-də DGK-nın sədri Şahin Bağırova yeni müavin təyin edildi.
Dövlət Gömrük Komitəsində nə baş verir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, qurumda əvvəlki narazılıqların aradan qaldırılması üçün böyük işlər görülür:
Hafiz Hacıyev
“Gömrük Komitəsinin ləğvini düzgün hesab etmirəm. Həmçinin onu başqa nazirliklərə birləşdirməklə heç nəyə nail olmayacağıq, əksinə, daha pis olacaq. Bugünkü gömrük rəhbərliyi yaxşı işlər görür, onun sayəsində qurumda müəyyən korrupsiyanın kökü kəsilib və sair. Yeni gələn müavin də uğurlu kadrdır. Düşünürəm ki, qurum müstəqil qalmalı, dövlətə layiqli xidmət etməlidir”.
İqtisadçı Natiq Cəfərli isə əksini düşünür:
Natiq Cəfərli
“Görünən odur ki, DGK-nın ayrıca bir qurum kimi fəaliyyət göstərməsi böyük önəm daşıyır. Ona görə də strukturlarının gücləndirilməsi barədə qərarlar verilir. Mümkündür ki, təyinat Gömrük Komitəsində yenidən islahatların olunması ilə bağlıdır. Ümumilikdə isə DGK-nın ayrıca qurum kimi qalması məqsədəuyğun deyil. Bütün vergi və gömrük orqanlarının bir nazirlik və ya komitənin daxilində toplanması daha doğrudur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Mart 2025 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















