Ləğv olunan şirkətə məxsus avtomobillər 4 cü dəfə hərracda Bu dəfə qiymətlər endirilib
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ləğv prossesində olan Dövlət Sığorta Kommersiya şirkətinə məxsus nəqliyyat vasitələri fevralın 3-də hərraca çıxarılacaq.
Teleqraf.com Əmlak Məsələləri Dövlət xidmətinə istinadən xəbər verir ki, buraxılış ili 2012-ci il olan BMW 740 markalı avtomobil 13 min 700 manat start qiymətlə satışa çıxarılacaq.
Əlavə olaraq, 2019-cu il istehsalı olan FAW B30 markalı avtomobil isə 7 min 100 manat start qiymətlə hərraca qoyulacaq.
Hərracda iştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur. Beh Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına köçürülməlidir.
Qeyd edək ki, bu nəqliyyat vasitələri artıq 4-cü dəfədir ki hərraca çıxarılır. Bu dəfə hərracın baş tutması üçün 50 faiz endirim tətbiq edilib.
Onu da bildirək ki, Prezidentin fərmanı ilə Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















