Lekler Silverstounda qalib oldu, Ferstappen qəzaya düşdü
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Formula-1” üzrə 2026-cı il mövsümünün Böyük Britaniya Qran-prisində qalib müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Silverstoun trasında keçirilən yarışda Şarl Lekler finiş xəttini birinci keçib. Monakolu pilot təhlükəsizlik maşını arxasında başa çatan mübarizədə qələbəni rəsmiləşdirib.
Yarışın son bölümündə Kimi Antonelli qələbəyə əsas namizədlərdən biri kimi görünürdü. O, Leklerə sürətlə yaxınlaşsa da, “Mercedes” bolidində təkər qoruyucusu ilə bağlı qəribə nasazlıq səbəbindən şansını itirib.
Dramatik məqamlardan biri də Maks Ferstappenin Stou döngəsində qəzaya düşməsi olub. Həmin vaxt üçüncü pillədə gedən niderlandlı pilotun qəzasından sonra trasa təhlükəsizlik maşını çıxarılıb. Yarışı yenidən başlatmaq üçün kifayət qədər vaxt qalmayıb.
Nəticədə pit-stopa getməyən Corc Rassell ikinci olub. Lyuis Hemilton isə podiumu tamamlayıb. İlk beşlikdə Lando Norris və Ayzek Hadjar da yer alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 05 İyul 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















