Icma.az
close
up
RU
Lələşin ayaqqabısı

Lələşin ayaqqabısı

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Akif ABBASOV

(hekayə)
Qonaqlıq gecədən xeyli keçmiş dağıldı. Dostlar küçəyə çıxdılar. İçkidən sifətlər pörtmüş, burunlar qızarmış, beyinlər dumanlanmışdı. Bayaqdan neçə qutu siqaret açılmış, ani vaxtda boşalmışdı. İndi bir-birlərinə dəyirdilər: “Səndə siqaret qalıb? Bəs səndə necə?”
Qonaqlığa gələndə hamının əhvalı eyni idi. Ayıq vaxtda necə olursa-eləcə. Araq şüşələri açıldıqca, içki qədəhlərə, oradansa bədənlərə süzüldükcə, sağlıqlar deyildikcə kəllələr qızmış, keflər qalxmışdı.
Ayıq olanda sözü qənaətlə işlədən, yaxud kəlməni ağzından kəlbətinlə zorla çəkib çıxardığın Qulamsöyün içkinin təsirindən dil-dil ötür, yanındakılara danışmağa macal vermirdi. Bayaq neçə dəfə qalxıb məclis səbəbkarının şəninə sağlıq demiş, oturanların zəhləsini eyni cümlələrlə bir xeyli tökmüşdü.
Həzrətəli adəti üzrə əzbərlədiyi şeirləri bir-birinə calamış, əlində tutduğu araq dolu qədəhi cəmisi iki dəfə – birində öz üstünə, digərində yanında oturmuş gözəl bir xanımın paltarına dağıtmışdı.
Dursunəli ovurdları yırtılana kimi klarnet piləmiş, neçə dəfə çaşıb “Kəmalə” oyun havasını “Tormuz Hüseyn”ə qatmış, onu da “Tərəkəmə”yə calaq eləmişdi.
Tınıq Veysəl arvadının gözünü oğurlayıb stəkanı stəkana calamış, gözü araqdan doyanda könlündən yatmaq keçmiş, başını bozbaş dolu boşqaba qoyub xorna çəkmişdi. Yoldaşlarından hansısa dirsəyi ilə onu vurub zarafatla: “Ə, tınıq, qardaş, dur, soyun, yat. Soyuq dəyər”, - demişdi.
Yuxulu Veysəlin qulağı bu sözləri almış, özünü evində sanıb mətbəxə keçmiş, soyunmağa başlamışdı. Şalvarını əynindən çıxaranda qonaqların qəh-qəhəsi onu duyuq salmışdı. Gözünə döndüyüm Lələş isə…
Lələşin söhbəti sonraya qalsın.
Dostlar çoxdanın tamarzıları kimi bir-birlərini marça-marçla öpüb ayrıldılar. Lələşdən başqa hamısı taksi ilə getdi. O isə səkkiz yaza-yaza yolun ağzına düşdü. Evinə çatana kimi züm-zümə etdi:
Qarabalaya söz demək olmaz,
Belə qara qaş, qara göz olmaz…
Hərdən ayaq saxlayıb beynini nə qədər qurdalayırdısa, mahnının o biri misralarını yadına sala bilmirdi. Əlini yelləyib: “Eh, cəhənnəmə ki…”, - deyib sonra təzədən təkrar edirdi:
Qarabalaya söz demək olmaz,
Belə qara qaş, qara göz olmaz…
Evə çatanda hamını yatmış gördü. Deyingən arvadını oyatmamaq, öz halını bildirməmək üçün işığı yandırmadı. Ancaq ayaq üstə güclə dayandığından pal-paltarını soyunanda bir hay-küy qopdu ki, hamı dik atıldı.
Ertəsi gün Lələşi yuxudan oyatmaq problemə döndü. O, oyananda saatın əqrəblərinin hər ikisini on rəqəmi üzərində gördü. Bərk təşvişə düşdü. İşə gecikmişdi. Ağrıyan başını bir təhər boynunun üstündə saxlayıb geyinməyə başladı. Bu ara ayaqqabısının bir tayını tapa bilmədi. Elə mərəkə də həmin dəqiqədən başlandı. İşə gecikmiş Lələşin qanı daha da qaraldı. Arvad-uşağın baxmadığı yer qalmadı. Ayaqqabı isə tapılmaq bilmirdi. Lələşin qıy-qışqırığı evi başına götürdü. Yumruğu neçə dəfə stolu döyəclədi:
- Yüz kərə demişəm mənim ayaqqabılarımı geyməyin!
Arvadı onu sakitləşdirmək məqsədilə mülayimcəsinə:
- Lələş, axı sənin ayaqqabını kim geyir? – dedi.
- Bayramın işidir. Yəqin geyib futbol oynamağa gedib. O gün də ayağında gördüm.
- Ay Lələş, axı səhərin gözü açılmamış kimdir futbol oynayan?! Axşam da ki, şükür allaha, öz ayağında olub.
- Mən bilmirəm, yerin deşiyində də olsa, tapın mənim ayaqqabımı! İynə-zadmış bu xarabada yoxa çıxsın?
Əsəbi halda stula çökən Lələş birdən fikrə getdi: «Bəlkə, elə qonaqlıqda qoyub gəlmişəm?!»
Eyni açıldı. Başını qaldırıb otaqdakıları süzdü. Hamı sarısını udmuşdu. Oğlunu dostu Balahüseyngilə göndərdi:
- Bala, get, deynən atamın ayaqqabısının bir tayı axşam yadından çıxıb sizdə qalıb. Onun dalısıycan gəlmişəm.
Nisbətən sakitləşən Lələş geyinməkdə davam etdi. Sonra dayanıb bir gözü saatda, o biri gözü qapıda bir xeyli gözlədi. Könlünü ələ almaq üçün bətbənzi ağarmış arvadına bir-iki xoş söz də dedi. Onunsa nədənsə qırışığı açılmırdı. Lələşin son ümidinin puça çıxacağından qorxurdu.
…Bu səfər axtarış Balahüseyngildə başlandı. Ayaqqabısının tayı orada da tapılmadı. Oğlunun əliboş gəldiyini görən Lələş naəlac qalıb tay ayaqqabısını da çıxartdı. Oğlunun ayaqqabılarını geyinib idarəyə yollandı. Ayaqqabı balaca olduğundan ayağını sıxırdı. Söyüb-söylənməkdən usanmış Lələşin ürəyindən qara qanlar axırdı. İşdə danlaq alsa da, fikri-zikri tay ayaqqabısının yanında idi: «Əşi, bu kasıb vaxtımızda işə düşmədik. İndi gərək filan qədər verib təzəsini alım… Maraqlıdır, görəsən ayaqqabımın tayı haradadır? Aha… Tınıq Veysəlin işidir. Yəqin yuxulu-yuxulu tay ayaqqabını keçirib mirətlərinin üstünə.
Lələş ağrıdan sızıldayan ayaqlarını bir-birinə sürtüb:
- Eybi yox, Tınıq. Səninlə mənimki qalsın sonraya, - dedi.
Yadına sabahkı qonaqlıq düşdü. Tınıq da orada olacaqdı. Yenə içəcəkdi, yenə bir hoqqa çıxaracaqdı. Onsuz məclis keçmir. Gəlməsə də, dalınca adam göndərirlər. Tapşırırlar: evdə olmasa, qapı-qapı, restoran-restoran gəz. Axır tapıb gətir məclisin duzunu, şirinini, acısını, Tınıq Veysəli.
Lələş isə qət etmişdi. Bir də içki adlı zəhrimarı dilinə vurmayacaq, qonaqlıq deyilən məclisin həndəvərinə dolanmayacaq. Bəsdir daha. Biabır olar, dost-tanış yanında xar olar. Hanı onda Tınıq Veysəl kimisinin döyənək üzü. Zalım oğlu ar bilmir, abır qanmır…
Bu ara telefon zəng çaldı. Arvadı idi:
- Gözün aydın, Lələş! Ayaqqabı tapıldı!
Lələş sevincək:
- Haradan, arvad? – deyə soruşdu.
- Yuxarı rəfdəki iri qazanın içindən!!!
Demə, axşam Lələş ayaqqabılarını soyunanda onu elə tullayıbmış ki, gedib qazanın içinə düşübmüş. Arvad-uşağı da yataqdan dik atılmağa onun qopartdığı səs məcbur edibmiş.
Lələşin kefi duruldu. Ayağını sıxan ayaqqabılara məhəl qoymadan sabahkı qonaqlığı düşündü.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Aprel 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri