Icma.az
close
up
RU
“Ləmana görə intihara cəhd etdim”

“Ləmana görə intihara cəhd etdim”

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“TikTok” fenomeni Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ləman Turə Nuriyevanın şikayəti ilə məhkəmə qarşısına çıxarılıb.

Şikayətçi keçmiş gəlinlərinin onu 10 minlərlə izləyici qarşısında təhqir etdiyi videoqeydləri məhkəməyə təqdim edib. Hakim sübutlarla tanış olduqdan sonra işi icraata qəbul edib, nəticədə Ləman Vəliyeva təqsirləndirilən şəxs qismində tanınıb.

Turə Nuriyeva ifadəsində deyib ki, Ləman canlı yayımda ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Bu isə ona ağır psixoloji sarsıntılar yaşadıb və hətta intihara cəhd etməsinə səbəb olub: 

“Ləmanın təhqirləri və həqiqətə uyğun olmayan ifadələri məni intihara sürüklədi. Boğazıma ip salıb özümü öldürmək istədim. Evdəkilər məni son anda xilas etdilər. İki gün reanimasiyada qaldım. Hazırda bu faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”.

Keçmiş baldızı məhkəmədən Ləmanın qanunun icazə verdiyi müddətə azadlıqdan məhrum edilməsini xahiş edib.

Ləman özü isə məhkəmədə ittihamları qismən qəbul edib. O, baldızı və qayınanasına qarşı nalayiq ifadələr işlətdiyini etiraf edərək bunun keçmiş ailəsinə olan kinindən qaynaqlandığını deyib. O, himayəsində azyaşlı övladının olduğunu əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini istəyib.

Hakim şahidləri dinlədikdən və təqdim olunan videogörüntüləri izlədikdən sonra hökmü elan edib.

Hökmə əsasən, Ləman Vəliyeva Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Lakin ona həbs deyil, 480 saat ictimai işlər cəzası verilib. Əlavə olaraq onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək öhdəliyi də qoyulub.

Məlumat üçün deyək ki, ictimai işlər cəzasına küçə və parkların süpürülməsi, yaşayış yerlərində toplanmış məişət tullantılarının yığılması kimi işlər daxildir.

Xatırladaq ki, L. Vəliyeva bundan əvvəl də paylaşımlarındakı qeyri-etik sözlərdən və söyüşlərə görə saxlanılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://axsam.az
archiveBu xəbər 24 Mart 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri