Icma.az
close
up
RU
Lənətlənmiş gəlincik Annabelle ilə ŞOK: Qaranlıq Enerji Turu ölümlə başa çatdı

Lənətlənmiş gəlincik Annabelle ilə ŞOK: Qaranlıq Enerji Turu ölümlə başa çatdı

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Amerikanın ən çox müzakirə etdiyi hadisələrdən biri bu dəfə Gettisburqda baş verib. 

News24.az məşhur paranormal araşdırmaçı və "xəyal ovçusu" kimi tanınan 54 yaşlı Den Rivera lənətlənmiş Annabelle kuklasının iştirak etdiyi “Qaranlıq Enerji Turu” zamanı qəfil və müəmmalı şəkildə həyatını itirib. 

Rivera tur zamanı qalmaqda olduğu otel otağında hərəkətsiz vəziyyətdə tapılıb. Təcili tibbi yardımın müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu hadisə təkcə Rivera ilə bağlı deyil — eyni zamanda illərdir qorxulu əfsanələrlə ad çıxarmış Annabelle kuklası yenidən gündəmə gəlib. Məşhur "Conjuring" film seriyasına ilham verən bu kukla, Ed və Lorreyn Uorren cütlüyünün kolleksiyasında yer alırdı və daima xüsusi şüşə qutuda saxlanılırdı. Lakin son tur zamanı kukla həmin qabdan çıxarılıb və tamaşaçılara nümayiş etdirilib.

“Qaranlıq enerji sərbəst buraxıldı” – İddialar artır

Dindar qruplar və bəzi paranormal tədqiqatçılar bu hərəkəti məsuliyyətsiz adlandırır. Onlar kuklanın "şər enerjisi"nin sərbəst buraxılmasından narahat olduqlarını bildirirlər. Hətta Uorren ailəsinin nəvəsi Chris McKinnell belə, kuklanın lənətli olmadığı fikrini irəli sürsə də, bir çoxları Rivera ilə kukla arasında paranormal əlaqə ola biləcəyini istisna etmir.

Rivera kim idi?

Den Rivera, New England Society for Psychic Research (NESPR) təşkilatının baş tədqiqatçısı idi. O, uzun illər ərzində lənətlənmiş əşyaları və xəyal hadisələrini araşdırıb. Özünü "kabus ovçusu" kimi tanıdan Rivera üçün bu tur, onun karyerasının kulminasiyası sayılırdı. Lakin son dayanacaqda – ABŞ-ın ən “ruhlu şəhərlərindən” biri olan Gettisburqda, həyatını itirməsi bəziləri üçün sadəcə bir təsadüf deyil.

Bəs bu, doğrudan da lənətin nəticəsidirmi?

Rəsmi orqanlar ölümün səbəbini hələ açıqlamayıblar, lakin hadisə yerində aparılan ilkin araşdırmalarda zorakılıq izinə rast gəlinməyib. Tibb mənbələri onun “birdən nəfəs kəsilməsi” yaşadığını qeyd edir. Amma mistikaya inananlar üçün bu, sadəcə tibbi izah deyil — bu, Annabelle-in qayıtdığının sübutudur.

İctimaiyyətin diqqəti indi bu hadisənin ardınca keçiriləcək araşdırmalardadır. Bəzi paranormal qruplar artıq Qaranlıq Enerji Turunun bağlanmasını tələb edir, bəziləri isə hadisəni sübut olunmamış miflərin yeni mərhələsi kimi qiymətləndirir.

Aqil

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri