Icma.az
close
up
RU
Lenini basdırmaqdan çəkinən Rusiya TASS atan kazak rolunda

Lenini basdırmaqdan çəkinən Rusiya TASS atan kazak rolunda

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı tanınmış rəssam İvan Ayvazovskinin (Hovannes Ayvazyan) dörd il əvvəl Xankədidə separatçılar tərəfindən qoyulan heykəli ötən gün yığışdırılıb. Azərbaycanın atdığı bu addıma qarşı Rusiyanın siyasət adamları, mədəniyyət xadimləri və aparıcı informasiya agentliyi TASS (Sovet İttifaqı Teleqraf Agentliyi - SİTA) yersiz iddialarla çıxış ediblər.

İlk baxışda heykəlin götürülməsini, buna qonşu ölkənin reaksiyasını adi qəbul edənlər də tapılar. Ancaq məsələ heykəllə bitmir. Ona görə bir sıra suallar yaranır. Heykəl nə vaxt və niyə qoyulub? SİTA niyə və nəyə hiddətlənir? Rusiyanın ənənəvi heykəl oyunu nəyin simvoludur?

Ermənistanın Rusiyanın yardımı ilə işğal etdiyi torpaqları Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə azad edib. Bu savaş 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat – kapitulyasiya aktı ilə başa çatıb. Həmin sənədə uyğun olaraq rəsmi Bakı Qarabağın ermənilər yaşayan hissəsinə Rusiya sülhməramlılarının daxil olmasına və orada beş il müddətinə qalmasına icazə verib.

Reallıqda, RF sülhməramlılarının ermənilərin "təhlükəsizliyini təmin etməsi" onların Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaqdan ibarət oldu. Moskva onda Azərbaycana daxildən təzyiqlər etmək məqsədi ilə separatçıları əlində saxlamaq istəyirdi. Onda Rusiya Azərbaycan ərazisinə nəzərdə tutulduğundan xeyli çox hərbi kontingent və texnika yeritmişdi. Bu azmış kimi, məramı sülh olmayan həmin qoşun işğaldan təmizlənən Qarabağda, xüsusilə, Xankəndidə qanunsuz silahlı dəstələr yaradır və ya onların fəaliyyətinə imkan verir, onları yanacaq və qida ilə təmin edirdi. Bununla da Azərbaycanın ərazi bütövlüyünü və suverenlini təhdid altında saxlayacaq öz minasını basdırmağa çalışırdı.

Rusiya bu planı ilə yanaşı, başqa ictimai, mədəni hadisələrlə də Qarabağda özünə yer eləməyə çalışırdı. Onlardan biri Qarabağda "rus icması" formalaşdırmaq cəhdi idi. Onda "icmanın" "başçısı" Aleksandr Bordov ovaxtkı separatçıların lideri, hazırda Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirli bilinərək Bakıda həbsdə olan Araik Arutyunyanla görüşlər keçirir, birgə fəaliyyət göstərmək istiqamətində planlar qururdular.

Bu bir reallıqdır ki, Azərbaycanın Qarabağ bölgəsində tarixdə heç vaxt "rus icması" adlı rəsmi və qeyri-rəsmi bir cəmiyyət olmayıb. Onda belə düşünmək olar ki, Moskva Qarabağda separatçılarla "icmanın" cütlüyünü yaradaraq Azərbaycana qarşı "erməni-rus ictimaiyyətinin" birgə fəaliyyətini həyata keçirməyi planlaşdırırmış. Bu sistemin fəaliyyətini aydın təsəvvür etmək olar; həmin cütlük Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən sülhməramlıların, onların təlimatlandırdığı qanunsuz silahlı dəstələrin yardımı ilə fəaliyyət göstərəcəkdilər.

Belə görünürdü ki, icma-separatçı cütlüyü Azərbaycana qarşı təxribat törədəcək, onları müdafiə adı altında Rusiya bölgəyə əlavə hərbi qüvvə yeridəcək, bununla da Qarabağ yenidən onun savaş meydanına çevriləcəkdi. Çünki "rus icmasını", "bizimkiləri" müdafiə etmək adı altında Moskva keçmiş sovet respublikalarını hələ də hədələyir...

Rusiyanın Qarabağda həyata keçirmək istədiyi layihələrdən biri də mədəni ekspansiya sayılırdı. Bu məqsədlə "sülhməramlılar", Azərbaycanın təcavüzkarlardan təmizlədiyi bölgələrdə qanunsuz olaraq "Rusiyanın şöhrət xiyabanı" layihəsini reallaşdırırdı. Elə 2021-ci il dekabrın 1-də bu ideya çərçivəsində separatçılar və Rusiya "sülhməramlıları" Ayvazovskinin heykəlini qoymuşdular.

Ayvazovski ruslaşmış ermənilərdən sayılır. Ona görə də şübhə yoxdur ki, Moskva onun heykəli vasitəsilə Qarabağda rus-erməni cütlüyünün mövcudluğunu nümayiş etdirirdi. Bu baxımdan, Qarabağa yeridiləndən bir il sonra varlığını abidə ilə simvollaşdırıb.

Başqa sözlə, Ayvazyanın heykəli qoyulmaqla Rusiya sanki belə bir ismarış verirdi - "Biz burada istədiyimizi həyata keçirə bilərik".

SİTA Rusiya dövlətinin bütün baxımlardan ideoloji informasiya siyasətinin təbliğatçısı, aparıcı ruporu, bir sıra hallarda yönləndiricidir. Bu agentlik keçmiş sovetlərdən qalma metodla fəaliyyət göstərir. O, reallığı, həqiqəti yaymaqda hələ də qərəz nümayiş etdirir. Bu baxımdan, etibarlı informasiya mənbəyi olmaq rolunu itirir.

SİTA Xankəndini "Stepanakert", Qarabağ bölgəsini "Dağlıq Qarabağ" kimi təqdim etməklə bolşevik düşüncə sistemindən xilas ola bilmədiyini nümayiş etdirib.

1923-cü ilədək bu şəhər onun qurucusu Pənahəli xanın şərəfinə Xankəndi adlanıb. Bölgəyə bolşeviklər hakim kəsildikdən sonra - 1918-ci ilin martında şəhərə azərbaycanlıların soyqırımının təşkilatçılarından biri Stepan Şaumyanın adı verilib. Bu, 1991-ci ilədək davam edib. Başqa sözlə, Stepanakert sovet ideologiyasının törəməsi kimi Xankəndini əvəzləmişdi.

Odur ki, SİTA -TASS ənənəvi bolşevik-daşnak müttəfiqliyi ideologiyasını təbliğ edir.

Keçmiş sovet ölkələrinin hamısında, sərhədləri aşsaq, keçmiş sosialist düşərgəsinə aid bütün dövlətlərdə bolşeviklərin lideri Vladimir İliç Lenin və Naməlum əsgərin heykəli var idi. Bu, bəzilərində hələ də qalır. Bəzi respublikalarda Maksim Qorki, Lev Tolstoy, Mixail Lermontov, Aleksandr Puşkin və başqa mədəniyyət, ədəbiyyat nümayəndələrinin adı müxtəlif şəkildə əbədiləşdirilirdi.

Lenin siyasi-ideologiyanın, Naməlum əsgər hərbi qüvvənin, incəsənət xadimləri, ədiblər isə mədəni işğalın simvolları idilər.

Günümüzdə də Rusiya Leninin heykəlini uçuranlara etiraz etməkdən özünü zorla saxlayır. TASS kimi agentliyi vasitəsi ilə onlar barəsində qərəzli informasiya yayır.

Leininin heykəllərinin uçurulması prosesi günümüzdə də davam edir. Bu ilin iyununda Qırğızıstanın cənubundakı Oş şəhərindəki baş meydandan onun abidəsi sökülüb. 25 metrlik heykəlin sökülməsini Rusiya Dövlət Duması müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov təəccüblə qarşılayaraq bunu sovet irsinə qarşı mübarizə kimi dəyərləndirib.

Rusiyada sovetdən qalma izlərin silinməsini münasibətlərin pozulması və ya əlaqələrin kəsilməsi kimi həyəcanla qarşılayırlar. Çünki heykəllər Rusiyanın həmin ölkələrdə mövcudluğunun, hakimliyinin rəmzi sayılır.

Ayvazovskinin heykəlinin sökülməsinə də SİTA-TASS oxşar emosiya ilə yanaşıb. Onlar iki əsrdən çox erməni işğalı altında saxladıqları Qarabağın Rusiyanın nəzarətindən çıxdığını qəbul edə bilmədikləri üçün bu sayaq qıcıqlandırıcı, iki ölkə arasında münasibətlərə zərbə vuran xəbərlər yayıb, təhriflərə yol veriblər.

Bu, RF-nin keçmiş müttəfiq respublikalara, çar Rusiyasının əski müstəmləkə torpaqlarının hələ də işğalçı, hegemon, özündən razı yanaşmasının göstəricisidir və Azərbaycanla Federasiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun deyil. Bu, həm də Moskvanın imzasına hörmət etmədiyini göstərir.

Qarabağ Azərbaycan ərazisidir. Bunu kimsə inkar edə bilməz və etmir də. Azərbaycan onu həm də bütün mənalarda azad edib. Orada kimin heykəlinin, nə vaxt, harada qoyulmasını da rəsmi Bakı müəyyənləşdirir. Bütün beynəlxalq və yerli qanunlara əsasən, bunun SİTA-TASS-a və bu əhəmiyyətsiz məsələni şişirənlərə, "qaşınmayan yerdən qan çıxarmaq istəyənlərə" aidiyyəti yoxdur.

Torpaqları işğal altında olduğu illərdə Azərbaycanın tarixi, dini, mədəni abidləri, sosial, inzibati, yaşayış binaları, məscidləri dağıdılanda, xarabazara çevriləndə TASS başda olmaqla Rusiyanın informasiya vasitələri səslərini belə çıxarmırdılar. Ancaq indi heç bir tarixi, elmi, mədəni əsası olmayan bir heykəlin sökülməsini saxtakarcasına əldə bayraq edirlər.

Belə düşünmək olar ki, bunun bir səbəbi də məşhur "atan kazaklar" məsələsindən qaynaqlanır. Rəsmi Bakı ilə İrəvan arasında birbaşa ikitərəfli danışıqlar getdiyindən Moskva prosesdən kənarda qalıb. Yaxın zamanda sülh sazişinin imzalanacağına dair söhbətlər də yayılır. Belə bir şəraitdə Rusiya vəziyyəti qarışdırmağa, Azərbaycanla Ermənistan arasında münasibəti korlamağa cəhd göstərir. Gah Gümrüdəki 102 saylı bazasına əlavə qüvvə yerləşdirir, gah Ayvazovskinin heykəli ətrafında oyun qurmağa çalışır. Bununla da yüz iyirmi il bundan əvvəl münaqişə yaradan "atan kazak" variantını yenidən dövriyyəyə buraxır. Bu dəfə o, TASS kimi zühur edir.

Rusiya heykəlləri, sovet simvolları baxımından çox "etibarlı" sayılır. Onlardan biri də bolşeviklərin liderinin cəsədidir. Belə güman etmək olar ki, Leninin qaxacını imperiyanın, Rusiyanın maraqlarının yer altına getməməsi üçün basdırmırlar. Yəni, düşər-düşməzliyi olar. Yoxsa, Ayvazovskidən TASS-a nə var?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri